Tanınmış müğənni planını açıqladı: "6 uşaq doğacam"

Tanınmış müğənni planını açıqladı: "6 uşaq doğacam"
12:09 13 Noyabr 2016
1559 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış türkiyəli müğənni  Petek Dinçöz ailə həyatı və yeni dünyaya gəlmiş oğlundan danışıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, yaxın vaxtlarda evlilik proqramının aparıcısı kimi ekrana qayıtmağı planlaşdıran müğənni yeni mahnı üzərində işlədiyini deyib. Böyük risk edərək uşaq dünyaya gətirən Petek Dinçöz ölüm riski ilə üz-üzə qaldığını da bildirib: "Mən anadangəlmə tiroit xəstəsiyəm və boyun fəqərəm tərs formadadır. Həkimlər ana ola bilməzsən demişdi. Amma böyük risk etdim, 9 ay boyunca hər gün ağrı çəkdim. İflic ola bilərdim. Amma dözdüm və İrfanımı dünyaya gətirdim. Qayınatam xərçəng xəstəsi idi. Nəvəsini görə bilmədi, biz də onun adını oğluma verdik".

 

Petek Dinçöz yaşlaşanda tək qalmaqdan qorxduğunu və 6 uşaq dünyaya gətirməyi planlaşdırdığını əlavə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR