Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür - FOTOSESSİYA

Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür - FOTOSESSİYA

Date: 13 November 2016 12:19

13 noyabrın dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur.

 

Bu günün Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunması Valentin Qayuininin adı ilə bağlıdır. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açan Qayuin, ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.

 

Azərbaycanda Gözdən Əlillər Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. 1981-ci il iyunun 1-də Korlar Cəmiyyətinin təşəbbüsü ilə həmin cəmiyyətin tabeliyində "Mərkəzi Respublika Korlar Kitabxanası" fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə kitabxana-informasiya xidməti göstərməkdir. Tam fiziki imkansız olanlara isə səyyar kitabxana xidməti göstərilir.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Hal-hazırda ölkəmizdə 30 mindən çox görmə qüsurlu şəxs var.

 

Foto - Ramil Zeynalov © APAHOLDİNG

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 


Tags:  gün Beynəlxalq Gözdən Əlillər günüdür FOTOSESSİYA


RƏYLƏR


Top news