Tramp əleyhinə aksiyalar davam edir: 71 nəfər saxlanıldı

Tramp əleyhinə aksiyalar davam edir: 71 nəfər saxlanıldı
02:34 14 Noyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) Donald Trampın prezident seçilməsinə qarşı keçirilən etiraz aksiyasında 71 nəfər saxlanılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 20 nəfərin saxlandığı bildirilirdi.

 

Məlumata əsasən, etirazların davam etməsi ilə əlaqədar şəhərdə komendant saatı elan edib.  Bildirilir ki, məhdudiyyət yalnız yetkinlik yaşına çatmayanlar üçün şamil edilir.

 

ABŞ-ın bir çox şəhərində artıq Tramp əleyhdarlarının kütləvi etiraz aksiyaları davam edir. Nyu-York, Mayami, San-Fransisko, Atlanta, Filadelfiya və Portlend şəhərlərində aksiyalar iğtişaş və toqquşmalarla nəticələnib, yüzlərlə etirazçı saxlanılıb.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR