Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xoşqədəmin “Səni axtarıram” qalmaqalı böyüyür - MTRŞ-dan AÇIQLAMA

Xoşqədəmin “Səni axtarıram” qalmaqalı böyüyür - MTRŞ-dan AÇIQLAMA

Date: 14 November 2016 11:59

 

Teleaparıcı Xoşqədəm Hidayətqızının müəllifliyi ilə ötən illərdə ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin kadrarxası görüntüləri yayılıb.

 

Lent.az-ın məlumatına görə, meydan.tv-nin yaydığı görüntülərdə veriliş müəllifinin qonaqlara necə davranmalı, necə danışmalı olduğu barədə direktivlər verdiyi, proqrama Rusiyadan gətirilən yaşlı bir kişinin ayaqlarından xərəyə bağlatdırıldığı və bu kimi bəzi məqamlar əksini tapıb.

 

Yayılan videomaterialla bağlı Lent.az-a açıqlama verən Milli Televiziya və Radio Şurası (MTRŞ) deyib ki, onlar bu görüntülərə şərh verə bilməzlər. Qurumun Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, əgər o görüntülər efirdə getməyibsə, MTRŞ bununla bağlı şərh verə bilməz: “MTRŞ ancaq efirə cavabdehdir, efirarxası baş verənlərə yox”.

 

Qalmaqallı görüntülərin əsas qəhrəmanı Xoşqədəm Hidayətqızı isə ötən gün meydan.tv-yə verdiyi açıqlamada ATV kanalının rəhbərliyini günahlandırıb. O bildirib ki, telekanalda yayımlanmış bütün verilişlər barədə rəhbərliyin məlumatı olub. Hazırda isə Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamaq mümkün olmayıb. 

 

Bu çəkilişlərin aparıldığı və verilişin yayımlandığı ATV kanalından isə Lent.az-a bildirilib ki, yaxın saatlarda məsələ ilə bağlı geniş açıqlama yayacaqlar.

 

Bütün bu kadrların və açıqlamaların fonunda isə oxucunu, tamaşaçını və ictimaiyyəti düşündürən bir vacib sual öz cavabını gözləyir: Telekanallarda çəkilən verilişlərin bütün – kadrönü və arxası məqamları həmin kanalın arxivində saxlanılır. O zaman bir KİV-in efir üzü görməmiş məhsulu başqa bir KİV-in əlinə necə keçib?

Suallar açıq qalır...

 

  


Tags:  Xoşqədəmin Səni axtarıram qalmaqalı böyüyür MTRŞ-dan AÇIQLAMA


RƏYLƏR


Top news