Polis 6 nəfərdən silah götürdü

Polis 6 nəfərdən silah götürdü
12:44 14 Noyabr 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanda 6 nəfərdən silah götürülüb.

 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəkinin Şirinbulaq kəndində Bakı şəhər sakini Mehman Məmmədovdan müvafiq sənədləri olmayan "Baykal" markalı, Kürdəmirdə Ağsu rayon sakini Elşən Kərimovdan, Balakəndə Talalar kənd sakini Kamran Musayevdən "İJ-18 " markalı, Sumqayıtda Yardımlı rayon sakini Samir Abbasovdan nömrəsi silinmiş "İJ-16", Qəbələdə Tüntülü kənd sakini Bəhruz Rəşidovdan "Tula" markalı ov tüfəngləri, Sabunçu rayonunun Maştağa qəsəbəsində isə qəsəbə sakini Vidadi Atakişiyevdən "Makarov" markalı tapança 7 ədəd patronu və 1 ədəd patron darağı götürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR