"Avtoşluq" edən dəvəquşu (VİDEO)

"Avtoşluq" edən dəvəquşu (VİDEO)
00:21 6 Yanvar 2015
304 Digər
Ölkə mətbuatı
A- A+

Bazar günü Tel-Əviv yaxınlığında avtomobil magistralına çıxan sürücülər gözlərinə inanmırdılar.

Maşınlarla birlikdə hərəkətə qoşulan dəvəquşu orta zolaqda hərəkət edərək, ilk növbədə yol hərəkəti qaydaların riayət edirdi. Lakin svetofora yaxınlaşanda vəziyyət dəyişdi.

Qırmızı işığa "məhəl qoymayan" dəvəquşu hərəkəti davam etdirəndə qəza vəziyyəti yarandı. Xoşbəxtlikdən hər şey xətasız başa çatdı, saatda 50 kilomter sürət yığa bilən dəvəquşu toqquşmalardan yayındı.

Xəbər verilir ki, bələdiyyə işçiləri dəvəquşunu Gersil şəhərinin ticarət mərkəzində yaxalayaraq baytarlara təhvil veriblər. Ehtimal olunur ki, dəvəquşu İsrailin mərkəzi rayonlarından birindəki fermadan qaçıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR