Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millət vəkili: "Azərbaycanın əqli mülkiyyəti beynəlxalq səviyyədə qorunmalıdır"

Millət vəkili: "Azərbaycanın əqli mülkiyyəti beynəlxalq səviyyədə qorunmalıdır"

Date: 14 November 2016 14:47

"Azərbaycanlı alimlər tərəfindən hazırlanan istənilən əsər, elmi iş beynəlxalq hüquq normaları çərçivəsində qorunmalıdır".

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, müasir dövlətin formalaşdırılması üçün elm və təhsil sahəsində aparılan islahatlar Azərbaycanı dünya standartlarına daha da yaxınlaşdırmalıdır.

A.Mollazadə deyib: "Əqli mülkiyyət hüququ vacib insan hüquqlarından biridir. Bu hüquqların beynəlxalq qanunvericiliklə qorunması Azərbaycan üçün vacib məsələlərdəndir. Bu sahədə beynəlxalq konfransların keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafı və əqli mülkiyyətin qorunması səviyyəsinin yüksəldilməsi ilə bağlı vacib addım ola bilər".

Milli.Az


Tags:  Millət vəkili Azərbaycanın əqli mülkiyyəti beynəlxalq səviyyədə qorunmalıdır

RƏYLƏR


Top news