Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

DİN ağır qəzalarla bağlı məlumat yaydı

DİN ağır qəzalarla bağlı məlumat yaydı

Date: 15 November 2016 13:39

Daxili İşlər Nazirliyi ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 14-də saat 17 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Nurlan Şirinov idarə etdiyi "Shacman" markalı avtomobillə yolu keçən paytaxt sakini Səid Eyvazovu vurub və nəticədə piyada hasdisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

Bundan başqa dünən saat 14 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində rayon sakini Vaqif Ələkbərovun idarə etdiyi "Opel", Qazax rayon sakini İmamverdi Məmmədovun idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Raqi Əsgərovun idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub. Nəticədə İ.Məmmədov, V.Ələkbərov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, İ.Məmmədov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Daha bir ağır qəza noyabrın 14-də saat 19 radələrində Quba rayonunun Pirvahid kəndində baş verib. Rayon sakinləri Sahib Mircəfərovun idarə etdiyi "MAN" və Əzizağa Hüseynovun idarə etdiyi "VAZ-2109" markalı avtomobillər toqquşub, Ə.Hüseynov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Tags:  DİN ağır qəzalarla bağlı məlumat yaydı


RƏYLƏR


Top news