Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Noyabr
22:24 15 Noyabr 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəni son bir ayda üçüncü dəfə müharibə ilə hədələdilər. Ankaraya meydan oxuyan ərazisində 20-dək terror təşkilatının meydan suladığı, 32 ölkənin hərbi əməliyyat apardığı İraqdır. Nəinki ölkəyə, heç paytaxta belə tam nəzarət edə bilməyən İraq hökuməti hansı məntiqlə başqa bir dövlətlə müharibə aparmağı göz altına alır? Həm də ciddi iqtisadi əlaqələrə malik olduğu, birgə ciddi layihələr həyata keçirdiyi bir dövlətlə. Məntiq bunun mümkün olmadığını deyir, amma reallıq budur. Reallıq həm də onu deyir ki, İraq Türkiyəyə meydan oxuyursa, onu sövq edən üçüncü qüvvədir. İraqı faktiki olaraq idarə edən, onu OPEK razılaşmalarından imtinaya məcbur edən üçüncü qüvvə. O qüvvə həm də İraq və Suriyanı parçalamaq istəyir, Türkiyənin hədəfə götürülməsi, Ankara ilə Tehran-Bağdad tandemi arasında münasibətlərin zərbə altına qoyulması da bununla bağlıdır. Çünki “Fərat qalxanı” əməliyyatı, Mosul yaxınlığında 3 min nəfərlik hərbi kontingent yerləşdirmək İraqı parçalamaq istəyən qüvvələrin planlarını pozub. Türkiyəni oyundankənar vəziyyətə salmağın tək yolu irimiqyaslı müharibəyə cəlb etməkdir. Üçüncü qüvvə bu planı əvvəl 15 iyul çevrilişi, sonra PKK terroru vasitəsilə həyata keçirmək istəsə də, alınmadı və “C” planına əl atmalı oldu. İraq rəsmilərinin tez-tez Türkiyəni müharibə ilə hədələməsini bu kontekstdə dəyərləndirmək lazımdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR