Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"AzVirt"in Serbiyada tikdiyi beynəlxalq magistralda OĞURLUQ

"AzVirt"in Serbiyada tikdiyi beynəlxalq magistralda OĞURLUQ

Date: 17 November 2016 09:29

Serbiyanın mərkəzindən keçən "Dəhliz 11" beynəlxalq avtomobil magistralının 2 kilometrlik hissəsində dəmir arakəsmələr və 20 ədəd lyuk qapağı oğurlanıb.

 

"APA-Economics" Serbiyanın Nazirlər Kabinetinin yaydığı məlumata istinadən xəbər verir ki, magistralın Lyiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Prelina hissələrinin açılışı noyabrın 7-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Serbiyanın baş naziri Aleksandr Vuçiçin iştirakı ilə baş tutub. Magistralın qeyd edilən hissəsinin tikintisi Azərbaycan və Serbiya hökumətləri arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilib və baş podratçısı "AzVirt" MMC şirkəti olub.

 

40,3 km uzunluğunda olan magistralın bu hissəsi azərbaycanlı investorlara və Serbiyanın dövlət büdcəsinə 308 mln. avroya başa gəlib. Magistralda 66 körpü, 5 tunel və s. tikilib.

 

"Magistralın qeyd edilən hissəsinin açılışından sonra 2 km uzunluğunda quraşdırılan dəmir arakəsmələr və 20 ədəd lyuk qapağı oğurlanıb. Serbiyanın Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi əhaliyə bir daha çağırış edərək infrastrukturun talan olunmamasını tələb edir. Bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayı durmadan artır, yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaranır. Magistral boyu 150 müşahidə kamerası quraşdırılıb və talançılıqla məşğul olanlar məsuliyyətə cəlb olunacaq", - deyə hökumətin açıqlamasında deyilir.


Tags:  AzVirtin Serbiyada tikdiyi beynəlxalq magistralda OĞURLUQ


RƏYLƏR


Top news