Xərçəng xəstəliyindən əziyyət çəkən Türkiyənin tanınmış müğənnisi Fatih Erkoçun səhhətindən xəbər var. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, müğənni Onur Akay sosial şəbəkədə tanınmış ifaçının yeni görkəmdə olan şəklini paylaşaraq bildirib ki, F.Erkoç növbəti dəfə kimya terapiya olunub: “Fatih Erkoç Linfoma xərçəngi ilə mübarizəsini davam etdirir. Onunla birlikdə kimya terapiya alan xəstələr bildirdilər ki, Erkoç onlara örnəkdir. Hazırda özünü yaxşı hiss edir və yaşamaq uğurunda mücadiləsini davam etdirir”.