Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Noyabrın 20-dək meteohəssas insanlar üçün əlverişsiz hava

Noyabrın 20-dək meteohəssas insanlar üçün əlverişsiz hava

Date: 17 November 2016 12:44

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, arabir güclənən şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  7-9, gündüz  10-12, Bakıda gecə  7-9, gündüz  10-12° isti olacağı gözlənilir.

 

Rayonlarda arabir yağış yağacaq, duman olacaq. Bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 8-13° isti, dağlarda gecə  3° şaxtadan 2°-dək isti, gündüz  4-9° isti olacaq.

 

Noyabrın 17-si axşamdan 20-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli və tutqun hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 


Tags:  Noyabrın 20-dək meteohəssas insanlar əlverişsiz hava


RƏYLƏR


Top news