Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qanun layihəsi hazırlandı - ABŞ-da İNQİLABİ DƏYİŞİKLİK

Qanun layihəsi hazırlandı - ABŞ-da İNQİLABİ DƏYİŞİKLİK

İrana qarşı sanksiyalara dair qanun layihəsi təqdim edilib (24 Mart 2017 08:57)
Konqresə yeni anti-İran layihəsi təqdim edildi (24 Mart 2017 02:48)
Milli Məclisin plenar iclası keçirilir (10 Mart 2017 12:18)

Tarix: 17 Noyabr 2016 15:23

ABŞ-ın Kaliforniya ştatından olan senator Barbara Bokser ölkə prezidentinin birbaşa seçilməsi və Seçicilər Kollegiyasının ləğvini nəzərdə tutan qanun layihəsini Senata təqdim edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Fox News” telekanalı bildirib.

“Biz dünyada yeganə ölkəyik ki, səslərin daha çoxunu alaraq prezident seçkilərini uduzuruq”, - Bokser deyib.

“Fox News” qeyd edir ki, qanun layihəsi respublikaçı namizəd Donald Trampın qələbəsinə demokratların etirazıdır. Demokratların namizədi Hillari Klinton ölkə üzrə rəqibi Trampdan təxminən bir milyon çox (Klinton 62 milyon – 47,9 faiz, Tramp 61 milyon – 47,1 faiz) səs qazanıb. Ancaq Tramp Seçicilər Kollegiyasının 190 nümayəndəsinin (qələbə üçün 270 səs kifayət edirdi –red.) səsinin alaraq prezident seçilib.

Telekanal bildirir ki, qanun layihəsinin qəbul olunma şansı minimumdur, çünki yerlərin əksəriyyəti respublikaçılara aiddir. Hətta sənəd qəbul edilsə belə, ştatların dörddə üçü yeddi il ərzində qanunu təsdiqləməlidir. Bundan başqa, Birləşmiş Ştatlarda seçki sistemində dəyişiklik üçün konstitusiyaya dəyişikliklər etmək lazımdır.

Keçirilən sorğulara görə, amerikalıların 60 faizi ABŞ-da seçki sisteminin dəyişikliyini dəstəkləyir.

Ömər Dağlı


Teqlər:  Qanun layihəsi hazırlandı ABŞ-da İNQİLABİ DƏYİŞİKLİK



RƏYLƏR


Top xəbərlər