“Neftin qiyməti müəyyən kabinetlərdən asılıdır” - Millət vəkili

“Neftin qiyməti müəyyən kabinetlərdən asılıdır” - Millət vəkili
10:39 18 Noyabr 2016
148 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il milli valyutamızı qorumaq üçün 11 mlrd. vəsait xərcləmişik. Təbii ki, bu da düzgün yol deyildi. Çünki, biz bu yolla devalvasiyanın qarşısını ala bilmədik.

 

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin üzvü Vahid Əhmədov bildirib.

 

“Biz o vaxt da təklif etmişdik ki, manatın tədricən devalvasiyası baş versin. Manat onsuz da gec-tez, tələb-təklif amillərinə görə öz yerini alacaq. Onun hansı səviyyədə olacağını gələcək göstərəcək. Düşünürəm ki, Mərkəzi bank hal-hazırda düzgün siyasət aparır”, - dey V.Əhmədov bildirib.

 

Neftin qiymətinə toxunan millət vəkili bildirib ki, o, qiymətin birjalardan asılı olması barədə fikirlərlə razılaşmır: “Son hadisələr göstərdi ki, neftin qiyməti müəyyən kabinetlərdən asılıdır”.

 

V.Əhmədov ölkədə sahibkarlığın inkişafı və rayonlara dotasiya verilməsi məsələsindən də danışıb. “Orta və kiçik sahibkarlığın inkişafında geri qalırıq. 2017-ci ilin büdcəsində 33 rayona dotasiya vermirik. Prezident tapşırıq verib ki, bir çox rayon özü-özünü dolandırmalıdır”, - deyə V.Əhmədov bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR