"UEFA danışılmış oyunlarda şübhəli bilinən komandaların adlarını bizə verib"

"UEFA danışılmış oyunlarda şübhəli bilinən komandaların adlarını bizə verib"
15:57 18 Noyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Son vaxtlar Kütləvi İnformasiya Vasitələrində I divizionda danışılmış oyunların olması ilə bağlı məlumatlar yazılır. Bunlar bizi məsələnin üstünə düşməyə vadar etdi.

Milli.Az bildirir ki, bunu apasport.az saytına AFFA-nın hüquqşünası Rəmiş Malıyev deyib.

O bildirib ki, I divizionun bir neçə komandası ilə bağlı araşdırmalarını davam etdirirlər: "KİV-dən əlavə, UEFA-dan da bizə bu barədə xəbər gəlib və həmin məlumatda danışılmış oyunlarda şübhəli bilinən bir neçə komandanın adı var. Biz özümüz də bu məsələni daim gündəmdə saxlayırıq. Hazırkı vəziyyətdə ad çəkməyim doğru olmaz. Amma I divizionda çıxış edən komandaların olduğunu deyə bilərəm. Hələlik əlimizdə tutarlı fakt yoxdu. Əgər bu məsələ ilə bağlı dəlil tapsaq, həmin şəxslər ən sərt şəkildə cəzalandırılacaq".
 
Malıyev danışılmış oyunlarla bağlı xüsusi komissiyanın işinin uzun sürəcəyini də istisna etməyib: "Bu işlə məşğul olanlar fiziki şəxslər də ola bilər, hüquqi şəxslər də. Biz təkcə bir komanda üzərində durmuruq. Futbolçu, məşqçi və ya rəhbərlik bu işin içində ola bilər. Tam ətraflı şəkildə dəlil topladıqdan sonra ən ədalətli qərarları verəcəyik. Demirik ki, hansısa komandanı çempionatdan uzaqlaşdıracağıq. Məsələn, hansısa klubun bir futbolçusunun bu işdə əli ola bilər. Bu, uzun prosesdi və araşdırmalarımızı həssas şəkildə aparırıq. Bir daha qeyd edirəm ki, danışılmış oyunlarla bağlı şübhələr doğru çıxsa, bu işdə əli olanları olduqca sərt cəzalar gözləyir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/490769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR