Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan əhalisinin 1,2 milyonu qaçqın və məcburi köçkünlərdir

Azərbaycan əhalisinin 1,2 milyonu qaçqın və məcburi köçkünlərdir

Date: 18 November 2016 18:19

Noyabrın 18-də Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Furio de Angelis ilə görüşüb.

 

Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, T.Budaqov bildirib ki, rəsmi statistikaya görə Azərbaycan əhalisinin 1,2 milyonu və ya 12,4%-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır.

 

Görüşdə qeyd olunub ki, qaçqın və məcburi köçkünlər haqqında statistika Dövlət Statistika Komitəsi tərəfindən 1990-cı ildən etibarən əldə edilir. Əhalinin bu kateqoriyasına aid olan suallar ilk dəfə 2009-cu il əhalinin siyahıyaalınması zamanı sorğu vərəqəsinə daxil edilib.

Vətəndaşlığı olmayan şəxslərə dair statistik göstəricilər Dövlət Miqrasiya Xidmətindən “Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” rəsmi statistika hesabatı forması vasitəsilə real vaxt rejimində əldə olunur.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelisi bildirib ki, qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 1950-ci ilin 14 dekabr tarixində yaradılıb. Qurumun əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etməkdir.

Görüşdə 2019-cu il əhalinin siyahıyaalınması sahəsində əməkdaşlıq məsələlərindən də söhbət açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin 2019-cu il əhalinin siyahıyaalınmasının uğurla həyata keçirilməsi üçün öz texniki yardımları və xüsusi bilik və təcrübələri ilə bu işə yardımçı olmaq niyyəti bildirilib.

 


Tags:  Azərbaycan əhalisinin milyonu qaçqın məcburi köçkünlərdir


RƏYLƏR


Top news