Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputatlarımız Avropa Parlamentinin dəvəti ilə ilk səfərə gedir

Deputatlarımız Avropa Parlamentinin dəvəti ilə ilk səfərə gedir

Date: 18 November 2016 18:27

Milli Məclisin deputatları noyabrın 20-də Fransanın Strasburq şəhərinə işgüzar səfərə yola düşəcəklər.

Milli.Az bildiri ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Ülviyyə Ağayeva Asim Mollazadə qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən Avropa Parlamenti ilə əməkdaşlıq yenidən bərpa olunduqdan sonra bu, qarşı tərəfin dəvəti əsasında Azərbaycan deputatlarının həyata keçirdikləri ilk səfərdir.

Səfər çərçivəsində nümayəndə heyətimiz Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimlə, komitə üzvləri ilə, həmçinin Avropa Parlamentinin bir sıra komitə və alt komitələrinin sədrləri və üzvləri ilə görüşlər keçirəcək. Söhbət zamanı Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərin hazırkı durumu və inkişaf meyilləri müzakirə olunacaq.

Görüşlərdə həmçinin ikitərəfli münasibətlərin inkişafına mane olan amillərin aradan qaldırılması, ölkəmizə qarşı Avropa Parlamentində müəyyən siyasi qrupların mənafelərinə xidmət edən qərəzli sənədlərin bundan sonra qəbuluna yol verilməməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılacaq.

Milli.Az


Tags:  Deputatlarımız Avropa Parlamentinin dəvəti ilk səfərə gedir

RƏYLƏR


Top news