Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Donald Trampın prezident seçilməsindən sonra dünya valyutalarının vəziyyəti

Donald Trampın prezident seçilməsindən sonra dünya valyutalarının vəziyyəti

Date: 18 November 2016 20:42

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-da prezident seçkilərindən sonra dolların möhkəmlənməsi dünyanın əksər valyutalarının məzənnəsinə mənfi təsir göstərib.
"Report"un analitik qrupu bir sıra əsas valyutaların dollarla müqayisədə son 10 gündə göstərdiyi dəyişikliklərlə bağlı mpnitorinq aparıb və bu nəticəyə gəlib ki, Britaniya funtu istisna olmaqla bütün valyutalar devalvasiyaya məruz qalıb.
Bu valyutalar arasında ABŞ prezidentinin açıqlamalarından ən çox ucuzlaşan Meksika milli valyutası olub-12,3%. Ən az devalvasiya olan pul vahidi isə bizim hazırladığımız cədvəldə Qazaxıstan tengesi olub-1,47%.
Britaniya funtunun bahalaşmasına səbəb "Brexit"dən sonra bu valyutanın dollarla müqayisədə 20%-dək ucuzlaşması göstərilir.

Ölkələr Val.Cütlüyü 8noyabr 18noyabr fərq% Türkiyə USD/TRY 3,155 3,4 7,77 Rusiya USD/RUB 63,76 65 1,94 C.Afrika USD/ZAR 13,19 14,6 10,69 Meksika USD/MXN 18,3 20,55 12,30 Polşa USD/PLN 3,93 4,2 6,87 Singapur USD/SGD 1,3864 1,4288 3,06 Norveç USD/NOK 8,23 8,6 4,50 C.Koreya USD/KRW 1129 1186 5,05 Braziliya USD/BRL 3,17 3,44 8,52 Argentina USD/ARS 14,95 15,5 3,68 Qazaxıst USD/KZT 340 345 1,47 Avrozona EUR/USD 1,102 1,06 3,81 İngiltərə GBP/USD 1,238 1,241 -0,24 Yaponiya USD/JPY 105 110 4,76 Azərbayc USD/AZN 1,6686 1,7091 2,43
 "Report"un analitik qrupu dolalrda möhkəmlənmənin ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırır.

Tags:  Donald Trampın prezident seçilməsindən sonra dünya valyutalarının vəziyyəti


RƏYLƏR


Top news