Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"9-cu sinifi 2-3-lə bitirənlərin 30 faizi məktəbi atır" - DİM sədri

"9-cu sinifi 2-3-lə bitirənlərin 30 faizi məktəbi atır" - DİM sədri

Date: 19 November 2016 15:14

 

“Buraxılış imtahanlarının nəticələrinə əsasən, bütün ölkə üzrə nəticələr IX siniflə müqayisədə XI sinifdə daha yaxşıdır. Uşaqların səviyyəsinin yaxşı olması üçün tədris prosesi I-IX siniflərdə düzgün qurulmalıdır”.

 

APA-nın xəbərinə görə, bu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəranda keçirilən seminarda deyib. Onun sözlərinə görə, IX sinfi bitirən və buraxılış imtahanında “2” və “3” qiyməti alan uşaqların 30%-i sonradan məktəbi atır, X-XI sinifdə oxumur. M. Abbaszadə qeyd edib ki, X-XI sinifdə tədris prosesi yalnız məktəbdə yox, məktəbdənkənarda da keçilir: “Hər bir məktəbdə IX sinfə kimi orta nəticə 30% olarsa, XI sinifdə bu göstərici 40-45% olur. IX sinifdə əldə olunan nəticə XI sinifdə 10-20% arasında artır. Bu isə o deməkdir ki, IX sinfə kimi şagirdin bünövrəsi necədirsə, sonradan valideyn nə etsə də, nə qədər yaxşı müəllimlərə hazırlığa qoysa da, nəticələrə maksimum 20% təsir etmək mümkün olur”.


Tags:  9-cu sinifi 2-3-lə bitirənlərin 30 faizi məktəbi atır DİM sədri


RƏYLƏR


Top news