Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kipr üzrə danışıqlar bu gün davam etdiriləcək

Kipr üzrə danışıqlar bu gün davam etdiriləcək

Date: 20 November 2016 06:24

Kiprin yunan və türk icmaları liderləri Nikos Anastasiadis və Mustafa Akıncı bu gün İsveçrədə ərazi məsələlərinə dair danışıqları bərpa edəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşlərin iki gün davam edəcəyi planlaşdırılıb, lakin ehtiyac yaranarsa, danışıqların müddəti uzadıla bilər.   

 

“Yeni raundun məqsədi – gələcəkdə konkret xəritədə əksini tapacaq meyarları razılaşdırmaqdır. Beləliklə, biz danışıqların növbəti, yekun mərhələsi barədə danışa biləcəyik”, - deyə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Nikos Xristodulidis bildirib.

 

Qeyd edək ki,  Kiprin yunan və türk icmaları liderlərinin danışıqları İsveçrənin Mon-Pelerin şəhərciyində keçirilir. Danışıqların hazırkı raundu noyabrın 7-də başlayıb, lakin noyabrın 11-də  Nikos Anastasiadisin xahişi ilə dayandırılmışdı. 


Tags:  Kipr üzrə danışıqlar bu gün davam etdiriləcək


RƏYLƏR


Top news