Nazirlik: Bakıda hava daha da soyuyacaq

Nazirlik: Bakıda hava daha da soyuyacaq
12:44 20 Noyabr 2016
526 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,  bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var.

 

Mülayim şimal-şərq küləyi  əsəcək. Havanın temperaturunun gecə 2-5° isti,  gündüz  5-7° isti, Bakıda gecə  2-4° isti, gündüz  5-7° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 783 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz  5-10° şaxta olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR