Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

WADA Azərbaycanı cəzalandırdı

WADA Azərbaycanı cəzalandırdı

Date: 20 November 2016 20:14

Beynəlxalq Antidopinq Agentliyi (WADA) bu gün Şotlandiyanın paytaxtı Qlazqo şəhərində təşkil olunan İcraiyyə Komitəsi İclasında gözlənilən qərarlar verib. Apasport.az saytının məlumatına görə, qurum açıqlamasında bildirib ki, Azərbaycan Milli Antidopinq agentliyinin iş kodeksləri WADA-nın mövcud qanunları ilə uyğunsuzluq təşkil edir.

 

Beynəlxalq agentlik həmçinin Braziliya və İndoneziya haqqında da analoji qərar qəbul edib.

 

Qeyd edək ki, WADA-nın apardığı monitorinqlər nəticəsində Braziliya, Azərbaycan, Yunanıstan, İndoneziya və Qvatemalanın müvafiq qurumlarının WADA-nın 2015-ci il kodeksinə uyğun fəaliyyət göstərmədiyi məlum olmuşdu. Bu ölkələrdə qaydalar fərqli şəkillərdə pozulur.

 

Bəziləri kodeksə uyğun gəlməyən qaydalardan istifadə edir, bəziləri qeydiyyatdan keçməyən laboratoriyalardan yararlanır, bəziləri isə antidopinqlə bağlı digər problemlərə yol verir.

 

Azərbaycan da daxil olmaqla, 5 ölkəyə noyabrın 10-dək vaxt verilmişdi.


Tags:  WADA Azərbaycanı cəzalandırdı


RƏYLƏR


Top news