Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millinin sabiq futbolçusunun ürəyi dayandı

Millinin sabiq futbolçusunun ürəyi dayandı

Date: 20 November 2016 22:28

Kosta-Rika yığmasının sabiq futbolçusu Qabriel Badilya 32 yaşında ürək dayanmasından ölüb.

Publika.az xəbər verir ki, hadisə idmançının iştirak etdiyi yüngül atletika yarışlarında baş verib.

10 km məsafəyə qaçışda iştirak edən Q.Badilyanın halı finişə 200 m qalmış qəflətən pisləşib. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyib. 2001-ci ildən Kosta-Rika yığmasında oynayan, bu il karyerasını başa vuran Q.Badilyanın ölümünə səbəb qəfil ürəyinin fəaliyyətinin dayanmasıdır. Qabriel Badilyanın son klubu Kosta-Rikanın “Saprissa” klubu olub.



Tags:  Millinin sabiq futbolçusunun ürəyi dayandı

RƏYLƏR


Top news