Qətldə şübhəli bilinən azərbaycanlılar saxlanıldı - SƏRHƏDDƏ

Qətldə şübhəli bilinən azərbaycanlılar saxlanıldı - SƏRHƏDDƏ
12:04 21 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Rostov şəhərində  qətl törətməkdə şübhəli bilinən iki azərbaycanlı Ukraynaya qaçarkən saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Azərbaycan vətəndaşları, Aslan Sadıx və İsmayıl Zahidli dönər köşkündə müştərini qətlə yetirməkdə günahkar bilinirlər.

Məlumata görə, dönər almağa gələn yerli sakinlərdən biri onunu pulunu verməkdən imtina etdiyindən tərəflər arasında mübahisə düşüb. Aslan Sadıx sərxoş müştərini sakitləşdirməyə çalışsa da, o, əksinə daha da aqresivləşərək köşkün şüşələrini qırıb. Sadıx bundan əsəbiləşərək əlindəki dönər bıçağıyla müştərini vurub. O, hadisə yerində keçinib. Bundan sonra Aslan və İsmali Ukraynaya qaçmaq istəyiblər. Amma sərhəddə yaxalanıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR