Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan XİN-dən Uorlikin gedişinə münasibət

Azərbaycan XİN-dən Uorlikin gedişinə münasibət

Date: 21 November 2016 16:37

"Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntisi institusional xarakter daşıyır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik. Ümumiyyətlə, bizim ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntimiz fərdi deyil, institusional xarakter daşıyır. Belə ki, institusional olaraq ATƏT Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status kvo-dəyişdirilməlidir".

XİN rəsmisi əlavə edib ki, status-kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir: "Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin edilməyib".

Milli.Az


Tags:  Azərbaycan XİN-dən Uorlikin gedişinə münasibət

RƏYLƏR


Top news