Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polşa baş nazirinin korteji qəzaya düşdü: 2 yaralı

Polşa baş nazirinin korteji qəzaya düşdü: 2 yaralı

Date: 22 November 2016 02:59

Polşa baş naziri Beata Şidlonun avtomobil korteji İsraildə qəzaya düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Tel-Əviv və Qüds şəhərləri arasındakı yolda baş verib.

 

Kortejdə altı avtomobil olub. Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb. Onlardan birinin mühafizə xidməti, digərinin isə XİN əməkdaşı olduğu bildirilir.

 

İlkin məlumata görə, yol qəzasına səbəb təkərin partlaması olub. Sürücü sükana nəzarəti itirib və zəncirvarı qəza baş verib.


Tags:  Polşa baş nazirinin korteji qəzaya düşdü yaralı


RƏYLƏR


Top news