Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ərdoğandan “cinsi istismar” açıqlaması

Ərdoğandan “cinsi istismar” açıqlaması

Müğənninin adıyla uşaqları cinsi istismar edirmiş (10 Mart 2017 22:05)

Tarix: 22 Noyabr 2016 06:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son zamanlar ən çox müzakirə olunan “cinsi istismar” qanununa münasibət bildirib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Ərdoğan, hökumət, ictimaiyyət və müxtəlif təbəqələrdən gələn reaksiyaların da diqqətə alınmasının vacibliyini vurğulayıb. Ərdoğan həmçinin qeyd edib ki, qərar böyük etirazlara səbəb olduğu üçün yenidən nəzərdən keçirilməlidir.

 

Qeyd edək ki, Türkiyədə erkən yaşda evləndirilən gənclərin həbsini önləyən qanun müzakirəyə çıxarılmışdı. Qanunun təcavüzçüyə haqq qazandırması kimi anlaşılması ciddi etirazlara səbəb oldu. Müxtəlif partiyalar, ictimai birliklər qanuna etiraz etdi. Bölgələrdə etiraz aksiyaları keçirildi. Bundan sonra, ədliyyə naziri Bekir Bozdağ açıqlama verərək qanunun yanlış anlaşıldığını, təcavüzçüyə əfv verilməsinin müzakirə mövzusu belə olmadığını bildirmişdi. Bozdağ təcavüz edənlərin cəzasının daha da artırıldığını, bu qanunun erkən evləndirilərək həbsə düşənləri əhatə etdiyini izah etmişdi.


Teqlər:  Ərdoğandan cinsi istismar açıqlaması



RƏYLƏR


Top xəbərlər