Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olub

Prezident Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olub

SOFAZ Almaniyada daşınmaz əmlak aldı - 185 milyon avro (07 Mart 2017 19:05)
Dövlət Neft Fondu Frankfurta 41 milyon avro yatırıb (07 Mart 2017 11:14)
Azərbaycanın icbari daşınmaz əmlak sığortası bazarı 67% artıb (03 Mart 2017 15:38)

Tarix: 23 Noyabr 2016 10:54

 

Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar.

 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Azərbaycan prezidentinə sərgi barədə məlumat verib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunur.

 

Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin nümayiş etdirildiyi sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayədarların ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi məsələsində də sərgi mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq tədbir bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərinin və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da önəmlidir.

 

Dövlət başçısı sərginin pavilyonları ilə yaxından tanış oldu.

 






Teqlər:  Prezident Daşınmaz Əmlak İnvestisiya sərgisi tanış olub



RƏYLƏR


Top xəbərlər