Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sahibkarların nəzərinə: Qanunda dəyişiklik edildi

Sahibkarların nəzərinə: Qanunda dəyişiklik edildi

Date: 23 November 2016 19:54

İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər təsdiqlənib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində “verilməməsinə və” sözləri “verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya” sözləri ilə əvəz edilib.

 

Qeyd edək ki, 602.4-cü maddə sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlıdır:

 

“Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir”.


Tags:  Sahibkarların nəzərinə Qanunda dəyişiklik edildi


RƏYLƏR


Top news