Nikaraquada kütləvi evakuasiya

Nikaraquada kütləvi evakuasiya
06:49 24 Noyabr 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Nikaraquada “Otto” qasırğasının yaxınlaşması ilə əlaqədar kütləvi evakuasiya başlayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nikaraqua hökumətinin rəsmi nümayəndəsi Rosario Murilyo bəyan edib.

 

Ümumilikdə 11 min nəfərə yaxın insanın təhlükəsiz ərazilərə köçürülməsi nəzərdə tutulub. Onlar müvəqqəti sığınacaqlarda yerləşdiriləcək. Ölkədə fəaliyyətdə olan bütün təhsil müəssisələrinin bağlandığı bildirilir.

 

Qeyd edək ki, Panamada “Otto” qasırğasının əmələ gətirdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ölənlər olub, 50 yaşayış evi dağılıb. Kosta-Rika da isə sahilboyu ərazilərdən 4 min nəfər təxliyə edilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260386

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR