7 nəfəri bıçaqlamış 2 şəxs tutuldu

7 nəfəri bıçaqlamış 2 şəxs tutuldu
12:04 24 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kütləvi bıçaqlanma hadisələrində iştirak etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon sakinləri Elvin Bəhramova, İsrafil Əliyevə, İntiqam Mikayılova və Elvin Heybətova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Təhmiraz Vəliyev tutulub.

 

 

Bundan başqa Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də K.Məsimova, A.Cəbrayılova və N.Abdullayevə bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən digər şəxs  - paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Həsənov da tutulub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR