Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş nazir: "O qərarın bizim üçün əhəmiyyəti yoxdur"

Baş nazir: "O qərarın bizim üçün əhəmiyyəti yoxdur"

Date: 24 November 2016 19:29

 

"Avropa Parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur".

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

 

O bildirib ki, onsuz da Avropa İttifaqı ilə Türkiyənin münasibətləri rəvan deyil: “Avropa İttifaqıanlamalıdır ki, gələcək perspektivini Türkiyə ilə, yoxsa Türkiyəsiz müəyyənləşdirəcək. Bir tərəfdən Avropanın təhlükəsizliyi üçün Türkiyənin əvəzolunmaz olduğunu bəyan edib, digər tərəfdən belə qərarların qəbul edilməsi ziddiyyətlidir. Avropa İttifaqı ölkələrinin liderlərindən bu qeyri-müəyyənliyə qarşı etiraz bildirmələrini gözləyirik. Avropa İttifaqı bir tərəfdən insan hüquqlarını, mətbuat azadlığını müdafiə edir, digər tərəfdən Rusiyanın mətbuat orqanlarının bağlanması, tədbirlərdən çıxarılması barədə qərar verir. Bu da demokratiya dərsi verməyə çalışanların nə dərəcədə demokratik olduqlarını göstərir, ikili standartlarını bütün dünya görür”.

 

Qeyd edək ki, bu gün Avropa Parlamenti Avropa İttifaqının Türkiyə ilə 3 oktyabr 2005-ci ildə başlayan üzvlük müzakirələrinin müvəqqəti dayandırması barədə tövsiyə xarakterli qərar qəbul edib.


Tags:  Baş nazir qərarın bizim əhəmiyyəti yoxdur


RƏYLƏR


Top news