Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Noyabr

Ermənistandakı parlament seçkilərinin nəticələri öncədən AÇIQLANDI (06 Mart 2017 18:12)

Tarix: 24 Noyabr 2016 20:24

YORUM

Baş verənlər 24 gün əvvəl Moskvada Türkiyə generalları ilə rus generalları arasında baş tutan görüşü yenidən gündəmə gətirir. Noyabrın 1-də Rusiya paytaxtında Türkiyə və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşünə hətta MİT-in rəhbəri Hakan Fidan da qatılmışdı. Həmin görüşün nəticələri barədə tam məlumat verilməsə də, Moskva ilə Ankara arasında "1 noyabr razılaşması" çərçivəsində mətbuata Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun Əl-Baba daxil olmasına Rusiya tərəfdən heç bir əngəl törədilməyəcəyinin ifadə edildiyi barədə məlumatlar sızmışdı.

 

Son bir neçə gündə isə Azad Suriya Ordusunun qəsəbəyə daxil olması "an məsələsi" idi... Baş verən hadisə onu göstərir ki, ya Əsəd Rusiyanın sözünü dinləmir, ya da Rusiya sözügedən razılaşmanın üzərindən xətt çəkib.

 

Və ən maraqlı məqam... Bu gün Türkiyə ilə Rusiya arasında yaşanan məşhur təyyarə insidentindən düz 1 il keçir...


Teqlər:  Nəsimi Nəbizadə Ana xəbər bloku 24 Noyabr



RƏYLƏR


Top xəbərlər