Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Suriyada daha 7 türk hərbçisi yaralandı

Suriyada daha 7 türk hərbçisi yaralandı

Date: 24 November 2016 21:29

Suriya ərazisində Türkiyə Silahlı Qüvvələri tərəfindən  aparılan “Fərat Qalxanı” əməliyyatında daha 7 Türkiyə hərbçisi yaralanıb. APA-nın “Milliyyet”ə istinadən verdiyi xəbərə görə, “təcili yardım”  maşınları ilə sərhəddə gətirilən yaralılar Kilis Şəhər Xəstəxanasına aparılıb.

 

Hərbçilərin hansı şəraitdə yaralandıqları barədə məlumat verilməyib. Hadisənin təffərüatları hələlik açıqlanmayıb.   

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əl-Bab ətrafında Suriya ordusunun nəzarətində olan bölgədən qırıcı təyyarədən endirilən zərbə nəticəsində 3 əsgərin şəhid olduğu, 10 əsgərin yaralandığı barədə məlumat yayıb.


Tags:  Suriyada türk hərbçisi yaralandı


RƏYLƏR


Top news