O, Türkiyəni tərk edir

O, Türkiyəni tərk edir
04:49 25 Noyabr 2016
148 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Aleyna Tilki Türkiyəni tərk edərək xarici ölkələrdən birinə üz tutub.

 

Axşam.az-ın "Haberler.com"a istinadən məlumatına görə, 16 yaşlı qız Diyarbakırdakı konsertinə hücum edildikdən sonra psixoloji sarsıntı keçirib. Bir müddət ölkədən kənarda istirahət etməyi planlaşdıran Tilki dekabrın ortalarında geri dönmək fikrindədir.

 

Onun gələn ayın sonlarından yenə səhnələrə çıxacağı bildirilir.

 

Qeyd edək ki, Aleynanın Diyarbakırda restoranlardan birində baş tutan konsertinə gələn bir nəfər əl qumbarası ilə qonaqlara hücum edib. Tamaşaçılardan 6 nəfər yaralanıb.

 

Hadisədən sonra açıqlama verən Aleynanın meneceri Melek Sarıgil partlama zamanı müğənninin xəsarət almadığını deyib. Hücumu məkana girə bilməyən bir neçə adam gerçəkləşdirib.

 

Partlama zamanı məkanın şüşələri də sınıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR