Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Trans, əjdaha, falçı, yaxud pozğun – Amerikanın lənətlənmiş birinci xanımları

Trans, əjdaha, falçı, yaxud pozğun – Amerikanın lənətlənmiş birinci xanımları

Date: 25 November 2016 10:08

Birinci xanımın işi sadə görünür, lakin həqiqət heç də göründüyü kimi deyil. Çünki onlarda səhv tapan tənqidçilər həmişə mövcud olacaq.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın arvadı Malenia da eyni taleyi yaşayır və artıq ona qarşı hücumlar başlayıb. Kimisi onun geyimini, kimisi özünü lağa qoyur, hətta təhqiredici ifadələr işlədirlər.

Amerikanın birinci xanımları lənətlənib”.

Bu haqda çox danışırlar. Çünki ABŞ-ın əksər birinci xanımının taleyi heç də yaxşı olmur və onlar müxtəlif itihamlar, tənqidlər və böhtanlara qarşılaşırlar.

Publika.az Amerikanın “lənətlənmiş” adlandırılan birinci xanımlarını təqdim edir.

Malenia Tramp: seçkilərdən əvvəl “Gallup” şirkətinin keçirdiyi sorğularda Malenianın reytinqi cəmi 28 faiz idi. Halbuki, potensial birinci xanımların reytinqləri adətən 50 faizdən aşağı düşmür.

Onu amerikalı olmamaqda ittiham edirlər. Sələflərindən fərqli olaraq, Malenia nə Amerikada, nə də İngiltərədə doğulub. O, uzaq sosializm Yuqoslaviyasında dünyaya göz açıb. 16 il modellik edib. Amerikaya gələndən iki il sonra Donald Trampla tanış olub və aralarında 24 il yaş fərqi olmasına baxmayaraq, dərhal milyarderlə evlənib. Onların toyu 2005-ci ildə baş tutub.

Tənqidçilər onu Trampa puluna görə ərə getməkdə ittiham edirlər. Ümumiyyətlə, onun qəribə tərcümeyi-halı bədxahları üçün yaxşı mövzudur. Həmçinin, erotik fotosessiyaları onun başağırısına çevrildi, hətta onu pozğunluqda da ittiham edirlər. Malenia müxtəlif qalmaqallara da imza atıb. Misal üçün, seçkiqabağı nitqi əslində Mişel Obamanın nitqi idi. O, nitqini özünün yazdığına inandırmağa çalışsa da, “American Music Award” mükafatçılarının ironiyasına tuş gəldi.

Lakin Maleniaya hücumlar Mişel Obamaya nifrət fonunda müəyyən mənada sönməkdədir. Çünki mühafizəkar amerikalılar Mişelə nifrət edir və bunu gizlətmirlər.

Mişel Obama: “O burnunu çox dik tutur, geyimi pisdir, sadə insanlara məhəl qoymur”, - mühafizəkarlar Mişeli belə ittiham edirlər.

“New Yorker” jurnalına müsahibəsi zamanı Mişeli sözün əsil mənasında alçaltmışdılar. Jurnalın üz qabığında Mişel əllərində avtomat olan “Qara panterlər”lə yanaşı dayanmışdı. Mühafizəkar KİV-lər, həmçinin, sosial şəbəkələrdə Mişelin istənilən addımı başayaq çevrilir və səhv yozulurdu. Misal üçün, o, piylənməyə qarşı Ağ Evin həyətində bostan düzəltdi və oradan çəkdiyi fotosunu paylaşdı. Lakin onun bu addımı “birinci xanım ağ amerikalıları acından öldürmək arzusundadır” fikirləri ilə qarşılaşdı.

Mühafizəkar radionun aparıcı Aleks Conson isə iddia edir ki, Mişel Obama kişi olub, sonradan özünü əməliyyat etdirərək qadına çevirib.

“Onun qızları analarına tam oxşamırlar”, - deyə o bildirir və Obamanın Bibliyanın əvəzinə Qurana and içdiyini də iddia edir. Halbuki, Obama bunu etməyib, Mişel də trans deyil. Bu, sadəcə Consonun konspiroloji iddiasıdır. Amma Obamanın rəqibləri bu fikirləri həvəslə yayır və istifadə edirlər.

Eyni lənət Amerikanın tarixində olmuş birinci xanımlarında da baş verib.

Edit Vilson: 1919-cu ildə prezident Vudro Vilson insult və yüngül iflic keçirtdi. O, Ağ Evdən başqa mənzilə köçdü. Bu zaman nə vitse-prezident, nə də digər nazirlər prezidentə birbaşa çıxa bilirdilər, yalnız birinci xanım vasitəsilə bunu edirdilər. Tarixçilərə görə, Vilsonun arvadı Edit iki il ərzində faktiki olaraq ölkəyə rəhbərlik edib.

Vilsonun siyasi rəqibləri Edit Vilsonun ciddi tənqidinə başladı. Onlar birinci xanımın bütün ölkəyə ağalıq etmək niyyətində olduğunu deyirdilər. Bu iddiaların müəyyən qədər həqiqət olması da mümkündür. Çünki ABŞ Konstitusiyasına qadınlara seçki hüququnun verilməsi ilə bağlı 19-cu düzəliş məhz 1920-ci ildə qəbul edilmişdi. İddialar var ki, bunu Edit ərinin əvəzinə edib. Vilsonun özü bu məsələnin həllini əvvəlcə ştatların öhdəsinə buraxmışdı. Siyasətə qarışan birinci xanım özünə böyük düşmən ordusu qazandı.

Eleonora Ruzvelt: II Dünya Müharibəsi illərində ABŞ-a rəhbərlik etmiş Franklin Ruzveltin arvadı Eleonora bütün həyatını cənub ştatlarında linçə, anti-semitizmə və irqçi qanunlara qarşı mübarizəyə həsr etdi. O vaxt birinci xanımın baxışları çox proqressiv idi. Buna görə də onu anti-Amerika fəaliyyətində və komministlərlə əlaqədə ittiham etməyə başladılar. FTB onun haqqında üç min səhifəlik “dəlillər” toplamışdı.

Hillari Klinton: onu hələ 90-cı illərdə birinci xanım olarkən sevmirdilər. O, lap əvvəldən ərinin işlərinə qarışmağı planlaşdırırdı. Seçkiqabağı şüarlarında da deyirdi ki, Amerikanın eyni vaxtda iki prezidenti olacaq.

Hillari Ağ Evə gedəndən sonra tibbi xidmətləri bütün amerikalılar üçün əlçatan edəcəyinə söz vermişdi. Lakin bu, baş tutmadı və siyasi rəqiblər artıq açıq təhdidə keçmişdilər. Buna görə də Hillari bir müddət gülləkeçirməz jiletdə gəzməli oldu.

Ən qəribəsi də odur ki, siyasətə qarışmayan birinci xanımları yüngül əxlaqda, bədxərclikdə ittiham edirlər.

Nensi Reyqan: Ronald Reyqanın arvadı Nensi siyasətə qarışmadı, lakin bu cür ittihamlardan da yaxa qurtara bilmədi. Onu həddindən artıq bahalı geyməkdə, bahalı hədiyyələr almaqda günahlandırırdılar. Mətbuat Nensinin Ağ Ev üçün 200 min dollarlıq qab-qacaq aldığını uzun müddət yazmışdı. Nensinin falçıya getməsi xəbəri ortaya çıxanda isə onu təkcə tənqid etmədilər, həm də məxfi informasiyanın yayılmasında ittiham etdilər. Tənqidçilərə cavab vermək mümkün deyildi və çox təvazökar olan birinci xanıma yeni ad verildi: “əjdaha xanım”.



Pet Nikson: Prezident Riçard Niksonun arvadı Petin taleyi isə daha kədərlidir. Pet çox utancaq idi və tamaşaçıların diqqətini üzərinə çəkməməyə çalışırdı. Ərinin siyasi karyerası onun həyatını əsil cəhənnəmə çevirdi. Nikson Amerika xalqının düşmənlərini və kommunistləri ifşa edəndə Pet uşaqlarla evdə otururdu. Seçkiqabağı kampaniyada isə birinci xanım fağır baxışlarla əri üçün bütün Amerikanı və dünyanın yarısını gəzdi. Niksona etiraz edənlər ona daşlar atırdı. Birinci xanıma “plastik Pet” ləqəbini qoymuşdular. Nikson “Uoterqeyt” hadisəsinə görə istefaya gedəndən sonra, küçədə gedərkən, Petin arxasınca tüpürürdülər.

Asif


Tags:  Trans əjdaha falçı yaxud pozğun Amerikanın lənətlənmiş birinci xanımları



RƏYLƏR


Top news