Heydər Əliyev Fondunun nəşrləri Braziliya Senatının kitabxanasına hədiyyə olundu - FOTO

Heydər Əliyev Fondunun nəşrləri Braziliya Senatının kitabxanasına hədiyyə olundu - FOTO
16:13 25 Noyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Dəmir Yolunda qanvermə aksiyası keçirilib (22 May 2017 14:55)
İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib (17 May 2017 12:59)
Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib (FOTO) (17 May 2017 12:36)

Braziliya Federal Senatının binasında Heydər Əliyev Fondu və Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü, Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, senator Kristovam Buarkenin dəstəyi ilə Senatın akademik Luiz Viana Filyo adına kitabxanasına Fondun Azərbaycan haqqında nəşrlərin hədiyyə olunub.

Fonddan verilən məlumata görə, Braziliya parlamentinin üzvləri, xarici ölkələrin səfirləri və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada elm, təhsil, mədəniyyət, idman, sosial, ətraf mühit və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Heydər Əliyev Fondunun Braziliya Senatının kitabxanasına təqdim edilən Azərbaycan haqqında nəşrlərindən bəhs edərək bu tədbirin Azərbaycan və Braziliya arasında əlaqələrə töhfə verdiyini qeyd edib. O, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb. Səfir E.Sultanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun müxtəlif sahələrdə, o cümlədən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirdiyini vurğulayıb.

Təhsil sahəsinin Azərbaycanda əsas prioritetlərindən biri olduğunu qeyd edən səfir E.Sultanov ölkəmizdə savadlılığın 100 faiz səviyyəsində olduğunu və son illərdə üç mindən artıq yeni məktəbin inşa edildiyini diqqətə çatdırıb. O, senator K.Buarkeyə tədbirin təşkilində göstərdiyi dəstəyə və ikitərəfli münasibətlərin genişlənməsinə verdiyi töhfəyə görə təşəkkür edib. Braziliya Konqresi ilə əməkdaşlığa toxunan səfir E.Sultanov Braziliya Deputatlar Palatasının prezidenti Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin 30 oktyabr - 2 noyabr tarixlərində Azərbaycana rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.

Senator Kristovam Buarke Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrlərinin hədiyyə edilməsinə görə Fonda və səfirliyə minnətdarlığını bildirib. O, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edərək Azərbaycanın müxtəlif sahələrdə inkişafından, o cümlədən təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb.

Senator Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi yaradıcılığına və mütərəqqi ideyalarına valeh olduğunu bildirərək, onun səkkiz əsr əvvəl yaratdığı əsərlərlə tanış olmağı vacib sayıb və Heydər Əliyev Fondunun “Nizamin Gəncəvi. Aforizmlər” kitabını özünün portuqal dilinə tərcümə etdiyini qonaqların diqqətinə çatdırıb. K.Buarke Heydər Əliyev Fondunun hədiyyə etdiyi nəşrlərin Azərbaycan haqqında məlumatların Braziliya oxucusuna çatdırılmasında əvəzsiz rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra səfir E.Sultanov Azərbaycan haqqında nəşrlərin Heydər Əliyev Fondu tərəfindən Braziliya Senatının kitabxanasına hədiyyə olunmasına dair sertifikatı kitabxananın direktoru Helena Vyeyraya təqdim edib.




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09

Astroloji proqnoz - 23 may

23 May 2017 00:08

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

23 May 2017 00:07

Mənsum İbrahimov Hollivudda - FOTO

23 May 2017 00:05

Günün qoroskopu: işgüzar aktivlik artır

23 May 2017 00:05

"Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər" -

22 May 2017 23:58

70-ci illərin İstanbulu FOTOLARDA

22 May 2017 23:57

Sumqayıtda ev yanıb külə döndü - VİDEO

22 May 2017 23:57

"Pike, axmaq, çempionu təbrik et"

22 May 2017 23:57

Yer üzünün ən zərərli 19 məhsulu! - FOTO

22 May 2017 23:57

25 yaşlı oğlan bıçaqlanıb

22 May 2017 23:57

Təcrübəli futbolçu katalon klubundan gedir

22 May 2017 23:57

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı

22 May 2017 23:54

Kimlər xərçəngə daha çox meyllidir? - Alimlər açıqladı

22 May 2017 23:53

Bərdədə banka məxsus inkassator maşını aşıb

22 May 2017 23:47

"Bakı-2017"nun başlanış mərasimi - FOTO/VİDEO

22 May 2017 23:47

Premyer Liqada "qızıl əlcək" mükafatı belçikalıya verildi

22 May 2017 23:42

"Danışan" kağız yaratdılar

22 May 2017 23:37

“Danışan” kağız yaratdılar

22 May 2017 23:36

Məşhur aktrisaya xərçəng diaqnozu qoyuldu -

22 May 2017 23:35

"Onlar sürətli olmalı və tez qərar vermək bacarığına malik olmalıdır"

22 May 2017 23:32

Gündəlik həyatda ən çox dediyimiz 24 YALAN - VİDEO

22 May 2017 23:32

"Onlar nəzərəçarpacaq dərəcədə artırıblar"

22 May 2017 23:32

İsmayıllıda 3 uşaq anası sirkə turşusu içdi

22 May 2017 23:24

30 yaşlı qadın intihara cəhd edib

22 May 2017 23:22

Gözlənilməz imici ilə hər kəsi təəccübləndirdi - FOTO

22 May 2017 23:22

Fiziki hərəkətlər kofeinli həbdən daha yaxşıdır

22 May 2017 23:17

Məşhurların yataq pozları - FOTO

22 May 2017 23:17

Bolqar bibərinin sağlamlıq üçün 10 UNİKAL FAYDASI

22 May 2017 23:17

Heyvanlara sevgilərini belə nümayiş etdirdilər -

22 May 2017 23:15

Trampın unutqanlığı - Netanyahunun əli göydə qaldı - VİDEO

22 May 2017 23:13

PROQNOZ - Dollar zəifləyəcək

22 May 2017 23:08

"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi - FOTO

22 May 2017 23:05

Brilliant Dadaşova toyda - FOTO

22 May 2017 23:05

Türkiyə səfiri ABŞ-ın kürdlərə silah göndərmək qərarını səhv adlandırıb

22 May 2017 23:02

İslam Oyunlarının bağlanış mərasimi başa çatdı -

22 May 2017 23:01

9 yaşına qədər 90 əməliyyat keçirdi - FOTOLAR

22 May 2017 22:58