“Virtual həyat təkcə məlumat vermir, həm də riskli məsələdir”

“Virtual həyat təkcə məlumat vermir, həm də riskli məsələdir”
19:14 25 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişində “Azərbaycan gənci nə isəyir və düşünür” mövzusunda müzakirə aparıldı. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
- Virtual həyat təkcə məlumat vermir, həm də riskli məsələdir. Bu gün gənclər sadə bir fikri çatdıra bilmirlər, virtualda gün keçirən gənclik gerçəklikdən uzaqlaşır və reallıqla üzləşəndə çaş-baş qalır.
 
- Bir zamanlar kitablarda, jurnallarda müsbət qəhrəman var idi. Sosial həyatda  qəhrəmanlar yoxdur. Gənc qısa müddətdə özünə o qədər qəhrəman seçmək istəyir ki, bu da fobiya yaradır.
 
- Biz ilk növbədə valideyn hazırlamalıyıq, valideynlə işləməliyik. Çünki övladı istiqamətləndirən həm də valideyndir. Bəzən valideynlər sosial həyatdan gələn problemləri bilmirlər, nəticədə belə məqamlarda uşaqları istiqamətləndirməkdə çətinlik çəkirlər.
 
- Azərbaycançılıq ideologiyamız hər yerdə getməli, təbliğ edilməlidir. Televiziyanın imkanları böyükdür və televiziya vasitəsilə gənclərə lazım olan mesajları ötürməliyik.
 
- Sovetlər Birliyi dövründə Azərbaycan idmanına da zərər dəydi. Çünki məqsədli şəkildə komanda idman növlərinin Azərbaycanda inkişafına imkan verilmirdi.
Ona görə əvvəlcə mütəxəssis hazırlamaq lazımdır ki, komanda idman növü də inkişaf etsin.
 
 
- Bugünkü gənclik sürətlə və düzgün düşünür və bu gün bizə məhz peşəkar gənclik lazımdır. Bununla yanaşı, gənclərin gördüyü işlərlə bərabər elmi işlərinə, təhsilə də üstünlük verilməlidir. İstər gənc, istər idmançı mütaliəyə üstünlük verməlidir. Təhsil, mütaliə - bunlar insanı inkişaf etdirən amillərdir.
 
- “Eurovision”a ev sahibliyi edəndə artıq məsuliyyəti hiss etmişdik. Onun arxasınca Avropa Oyunları oldu, daha sonra Formula-1 yarışları, daha sonra İslam Həmrəylik Oyunları olacaq. Uğurlu iş arxasınca uğur gətirir. Müstəqilliyinin 24 yaşı olan bir dövlət üçün bunlar uğurdur. Bir ölkə hazırlıqlı deyilsə, nəinki böyük layihə, adi tədbirin öhdəsindən belə gələ bilməz. Artıq Azərbaycan belə layihələrə daim hazırlıqlıdır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR