Azərbaycanlı müğənni: "O istəsə, sənətdən gedə bilərəm"

Azərbaycanlı müğənni: "O istəsə, sənətdən gedə bilərəm"
19:29 25 Noyabr 2016
202 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Aysel Əlizadə “Ulduzlar” adlı ilk albomuna təqdimat mərasimi keçirib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, Türkiyədə hazırlanan yeni albomu üzərində peşəkar komanda çalışıb: "Bu gün təqdim etdiyim albom Türkiyədə bir şirkət tərəfindən hazırlanıb. Hazırlıq prosesi çox uzun çəkdi. Əslində bu albomu çoxdan təqdim etməliydim. Bəzi səbəblərdən yubandı. Həmin şirkət saytımı və yeni fotosessiyamı da hazırladı. Alboma bu günə kimi oxuduğum və sevilən mahnılarım daxildir. Bunu qazanc əldə etmək üçün buraxmamışam. İnşallah mənə uğur gətirər".

 

Daha sonra şəxsi həyatından danışan ifaçı bildirib ki, gələcək həyat yoldaşı istəsə, sənətdən gedə bilər: "Buna etiraz etmərəm. Mənim üçün əsas ailədir, iş isə ikinci plandadır”.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR