Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranın dəmir yolu rəisi dəhşətli qəza səbəbindən istefa verdi

İranın dəmir yolu rəisi dəhşətli qəza səbəbindən istefa verdi

Date: 26 November 2016 23:19

İranın Dəmir Yolları İdarəsinin baş direktoru Möhsin Purseyidağayi istefa verib. APA-nın Tehran bürosunun məlumatına görə, M.Purseyidağayi baş vermiş dəmir yolu qəzasına görə istefa M.Purseyidağayi İran Televiziyasının 1-ci kanalında yayımlanan 21:00 xəbər buraxılışında Simnan şəhərinin Həftxan dayanacağında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olmuş 44 nəfərə görə İran xalqından üzr istəyib və tutduğu vəzifədən istefa verib.

 

“İstefa ərizəmi yol və şəhərsalma naziri Abbas Axundiyə təqdim etmişəm və o istefamı qəbul edib”, - deyə M.Purseyidağayi bildirib.

 

Qeyd edək ki, baş vermiş dəmir yolu qəzasında həlak olanların əksəriyyəti Şərqi Azərbaycandandır. 


Tags:  İranın dəmir yolu rəisi dəhşətli qəza səbəbindən istefa verdi


RƏYLƏR


Top news