Gədəbəydə avtobus aşdı, ölən və yaralananlar var

Gədəbəydə avtobus aşdı, ölən və yaralananlar var
23:44 26 Noyabr 2016
198 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.

 

Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb. Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.

 

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260659

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR