Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ"da oynamış azərbaycanlı futbolçu 25 yaşında öldü - FOTO

"Qarabağ"da oynamış azərbaycanlı futbolçu 25 yaşında öldü - FOTO

Date: 27 November 2016 13:24

Gənc futbolçu Şəhriyar Xəlilov rəhmətə gedib. Apasport.az saytının məlumatına görə, bu xəbəri “Kəpəz”in mətbuat xidmətinin rəisi Azad Mustafayev öz feysbuk səhifəsində paylaşıb.

 

Gəncə futbolunun yetirməsi olan Xəlilov bir sıra Azərbaycan klublarının şərəfini qoruyub. 25 yaşında dünyasını dəyişən yarımmüdafiəçi “Gəncə”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Qəbələ”, “Sumayıt” və “Turan”da çıxışları ilə diqqət çəkib.

 

Çıxış etdiyi klublarla çempionluqlar yaşamış və müxtəlif yaş qruplarında millilərin formasını geyinmiş mərhum futbolçunun ürək tutmasından vəfat etdiyi bildirilir.


Tags:  Qarabağda oynamış azərbaycanlı futbolçu 25 yaşında öldü FOTO


RƏYLƏR


Top news