Yazıçı və alkoqolizm

Yazıçı və alkoqolizm
14:23 27 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Yazıçı və alkoqolizm. Həmişə aktual mövzu olub.

Öz həyatının bütün mürəkkəblikləri ilə bərabər alkoqolizm və narkomaniya zolağından da keçmiş Stiven Kinq bu məsələyə baxışını "Yazı sənəti” kitabında paylaşır...

Kitabdan bəzi parçaları təqdim edirik.

Stiven Kinq, "Yazı sənəti”,

Elm və Təhsil, 316 səh, Bakı, 2015 (ingiliscədən tərcümə)

Hollandlar dənizə bənd qurduqları kimi, alkoqoliklər də özlərinə müdafiə sistemi qururlar. Mən evlilik həyatımın ilk on iki ilində "elə-belə, xoşuma gəlir içirəm” – deyə özümə toxtaqlıq verirdim. Dünyada məşhur "Heminquey müdafiəsi”ndən yararlanmağı da unutmurdum. Bərkdən deyilməsə də (hər halda bu insanlıq olmazdı), "Heminquey müdafiəsi” təxminən belə işləyir: yazıçı olaraq mən çox duyğulu insanam, amma həm də kişi xeylağıyam və real kişi öz duyğularının içinə qapılmamalıdır. Zəif kişilər edər bunu. Ona görə içirəm. Bu ekzistensial dəhşətin üzünə baxa-baxa, başqa cür işimi necə davam edim?! Sonrası da, bu, mənim əlimdədir. Əsil kişi dayanmağı həmişə bacarar.

Sonradan, 80-lərin əvvəllərində Men ştatında, butulkaların və bankaların təkrar istifadəsi haqqında qanun qəbul edildi. Mənim on altı unsiyalıq "Miller Layt” bankalarım zibil yeşiyinin əvəzinə, qarajdakı plastik konteynerə getməyə başladı. Bir cüməaxşamı gecəsi mən bir neçə həlak olmuş əsgəri tullamaq üçün qaraja girəndə, dolmağa lap az qalmış konteyner gördüm, bazar ertəsi axşam o boş idi. Evdə məndən başqa "Miller Layt” içən yoxdur axı...

"Allah qəhr etsin, mən alkoqolikəm ki”, – deyə düşündüm, amma beynimdə buna qarşı heç bir müxalif fikir yox idi – hər necə olsa mən "Parıltı”nı yazan adam idim və heç hiss etməmişdim ki (bu gecəyə qədər), özüm haqqında yazmışam. Mənim bu ideyaya qarşı reaksiyam nə inkar idi, nə də ixtilaf: bunu mən qorxmuş müəyyənlik adlandırardım. Deməli ehtiyatlı olmalısan, – düşündüyüm aydın yadımdadır. Çünki, əgər zibilin çıxıbsa ...

Əgər mənim zibilim çıxıbsa, hardasa ikinci dərəcəli yolda maşını aşırsam və ya televiziya intervüsündə nəsə sarsaqlasam, kimsə mənim içməyimi nəzarətdə saxlamağım lazım olduğunu deyəcək. Alkoqolikə içməyi nəzarətdə saxlamaq lazım olduğunu demək isə, dünyanın bütün gənəgərçəyini içmiş adama, sıçıb-batırmağını nəzarətdə saxlamaq lazım olduğunu demək kimi bir şeydir.

Mənim bu işdən keçmiş bir dostum, əlindən sürüşüb çıxmaqda olan həyatından yapışmaq üçün etdiyi ilk cəhdlər haqqında məzəli bir hadisə danışır. O, psixoloqun yanına gedib arvadının ona çox içməsini dediyini və bundan narahatlıq keçirdiyini söyləyib.

"Siz nə qədər içirsiniz?” – deyə psixoloq soruşub.

Dostum psixoloqa təəccüblə baxaraq: "Eee... necə nə qədər?! Nə qədər varsa, o qədər” – deyib, guya bunun təbii və soruşulmayacaq, aydın bir şey olduğunu qeyd edirmiş.

Mən onun nə hiss etdiyini anlayıram. Artıq on iki ildir ki, mən içmirəm. Amma indi də restoranda kiminsə şərab qədəhini yarımçıq saxladığını görəndə təəccübdən özümü saxlaya bilmirəm. Durub o adama yaxınlaşıb üzünə qarşı: "Niyə axıra kimi içmirsən? Götür və iç!” – demək istəyirəm. Mən sosial mülahizələrə uyğun içmək fikrini cəfəng hesab edirəm – eləsə, niyə elə kola içməyəsən?

Mənim içki həyatımın son beş ilinin hər gecəsi eyni ritualla bitirdi: soyuducuda qalan bütün pivə bankalarını kanalizasiyaya boşaldırdım. Əgər boşaltmasaydım, onlar yatağımda mənimlə danışırdılar, ayağa durub, gedib növbəti bankanı götürənə qədər. Sonra birini də. Yenə də...

***

1985-ci ildə mən öz alkoqol problemimə artıq narkomaniyanı da əlavə etmişdim, amma sui-istifadəçi olaraq funksiyamı bir marjinal professionallıqla davam edirdim. Dayanmaq fikri məni dəhşətə gətirirdi; o vaxt, başqa cür yaşamaq haqda heç bir ideyam da yox idi. Qəbul etdiyim narkotikləri bacardığım qədər gizlədirdim, bunu həm də qorxumdan edirdim, dopinqsiz mən neyləyərdim?! Düzgün olmaq, utanmamaq necə olur – unutmuşdum. Sanki, dalımı hər gün zəhərli sarmaşıqla silirdim, amma kömək istəyə bilmirdim...

Amma yenə də, mənim içimdəki o yazı yazan qismim, o dərində oturmuş və mənim 1975-ci ildə "Parıltı”nı yazarkən artıq alkoqolik olduğumu bilən qismim, bu vəziyyəti qəbul edə bilmirdi. Və susmurdu da. Haray salıb kömək istəməyə başlamışdı, bacardığı yeganə yolla – mənim yazdıqlarımın, monstrlarımın vasitəsilə. 1985-in sonları ’86-nın əvvəllərində "Məşəqqət”i yazdım (adı, mənim o vaxtkı ruhi vəziyyətimi gözəl əks edirdi), yazıçının əsir saxlandığı və psixi xəstə olan tibb bacısının işgəncələrinə məruz qaldığı əsəri. 1986-nın yaz və yayında "Tomminokerslər”i yazdım, çox vaxt gecəyarısına qədər ürəyimin döyüntüsü yüz otuza çatan vəziyyətdə və kokain qanaxmasını saxlamaq üçün pambıq piltələrini burnuma soxub işlədiyim əsəri...

Qorxurdum içməsəm, çəkməsəm bir daha yaza bilmərəm, amma qərara gəldim ki (yenə də mənim şüurumun açarını itirmiş və depressiv vəziyyətinin imkanı çərçivəsində), ailəmi qorumaq və uşaqlarımın böyüməsini görmək xatirinə yazıçılıqdan əl çəkə bilərəm. Əgər iş buna dirənsə.

Dirənmədi, əlbəttə. Yaradıcılıq səylərinin və şüur oynadan maddələrin bir-birinə hörülmüş saç hörüyü olması zamanın böyük populyar-intellektual əsatiridir. XX əsrdə buna ən çox cavabdeh olan dörd yazıçı, yəqin ki, Heminquey, Fitzcerald, Şervud Anderson və şair Dilan Tomasdır. Bu yazıçılar, insanların bir-birindən ayrı düşdüyü, emosional təngnəfəslik və ümidsizlik atmosferində ekzistensial ingilisdilli səhraya bizim baxışımızı ən çox yönləndirən müəlliflərdir. Bu strategiyalar alkoqoliklərin çoxuna yaxşı tanışdır: buna adəti reaksiya isə məmnunluq qarışıq təəccübdür. Uyuşdurucu aludəsi olan yazıçılar sadəcə uyuşdurucu aludəsidirlər, başqa sözlə, adi, bağda yatan əyyaş və ya narkomandan heç nə ilə fərqləri yoxdur. Alkoqolun və ya narkotikin incə həssaslığı kütləşdirmək məqsədi üçün vacib olması iddiası özünəxidmət boşboğazlığıdır. Mən qartəmizləyən maşınların alkoqolik sürücülərindən də eşitmişəm ki, gözlərinə iblis görünməsin deyə içirlər. Heç fərqi yoxdur, siz Ceyms Conssunuz, Con Çiversiniz, yoxsa Penn Stansiyasında avaralanan sərxoş əyyaş; aludəçi nəyin bahasına olur olsun içmək və ya narkotik qəbul etmək hüququnu təmin etməlidir. Heminquey və Fitzcerald yaradıcı insan olduqları, yabançılaşdıqları və ya mənəviyyatca zəif olduqları üçün içmirdilər. İçirdilər ona görə ki, hüceyrələrindən bu barədə mesaj gəlirdi. Yaradıcı insanlar başqa iş sahiblərinə nisbətən daha böyük alkoqolizm və ya narkomaniya riski altındadırlar, amma noolsun ki? Çirkab arxında qusanda, hamımız kənardan eyni cür görünürük.

Tərcümə etdi: Kazım Səlimov

Ədəbiyyat.Biz

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qvardioladan Messi barədə açıqlama

22 Avqust 2017 20:55

Naxçıvan ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür

22 Avqust 2017 20:52

“Kopenhagen”in baş məşqçisi sabahkı oyunu şərh etdi

22 Avqust 2017 20:43

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 20:42

Şimali Koreyadan ABŞ-a növbəti hədə

22 Avqust 2017 20:39

Mingəçevirdə azyaşlı təhlükəli maddədən zəhərlənib

22 Avqust 2017 20:37

Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

22 Avqust 2017 20:30

Mayonezin saça bu faydasını bilmirsiniz... - MASKA

22 Avqust 2017 20:28

Tahir Rzayev: Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyanı satacaq

22 Avqust 2017 20:18

"Kopenhagen"in baş məşqçisi: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"

22 Avqust 2017 20:12

İki il əvvəlki VARİANT, düşmənin tamamilə MƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Avqust 2017 20:03

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq

22 Avqust 2017 20:02

Azərbaycandan Gürcüstana dəstək -

22 Avqust 2017 20:02

"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb

22 Avqust 2017 19:47

Ayrıldığı deyilən müğənni haqda şok iddia - FOTOLAR

22 Avqust 2017 19:38

Rostovdakı yanğın tamamilə söndürüldü -

22 Avqust 2017 19:38

Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

22 Avqust 2017 19:37

FHN-in xilasediciləri Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb olunub

22 Avqust 2017 19:34

Rəqqasə Oksanadan cazibədar pozalar - YENİ FOTOLENT

22 Avqust 2017 19:29

Fransanın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq mühitindən BƏHS EDİLDİ

22 Avqust 2017 19:23

Barselona terrorunda şübhəli bilinən əsas silahlı məhv edildi

22 Avqust 2017 19:16

Sürücülərin nəzərinə: bu yol sabahdan bağlanacaq - XƏBƏRDARLIQ

22 Avqust 2017 19:14

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya TƏTBİQ ETDI

22 Avqust 2017 19:13

Bakıda “Sağlam Azərbaycan Festival”ı keçiriləcək

22 Avqust 2017 19:07

Şəmkirə 3 milyon manat vəsait ayrıldı

22 Avqust 2017 19:00

5 yaşlı Zeynəbin quduzluqdan ölməsi ilə bağlı YEKUN RƏY: həkimlər cəzalandırıldı

22 Avqust 2017 18:58

Türkiyədən NATO-ya ZƏRBƏ: Müqavilə imzalandı

22 Avqust 2017 18:53

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif edilib

22 Avqust 2017 18:45

Şəmkirə 3 milyon manat ayrıldı

22 Avqust 2017 18:43

Polşanın eks-prezidenti Lex Valensaya qarşı cinayət işi açılıb

22 Avqust 2017 18:42

İrəvanın xəyalını puç edən REALLIQ: Rusiya və Türkiyə Ermənistanı oyundan kənarlaşdırır?

22 Avqust 2017 18:38

Prezident Şəmkir və Gədəbəyə pul ayırdı - SƏRƏNCAM

22 Avqust 2017 18:34

Elşad Həmidova fəxri adı verildi

22 Avqust 2017 18:30

Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 3 milyon manat ayrılıb

22 Avqust 2017 18:27

Aparıcı mərkəzi banklar bazarın maliyyələşdirməsinı dayandırır

22 Avqust 2017 18:27

Xüsusi Dövlət Mühafizə Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib

22 Avqust 2017 18:22

Gədəbəyə 3 milyon manat vəsait ayrıldı

22 Avqust 2017 18:21

Elmar Novruzova general-mayor ali hərbi rütbəsi verildi

22 Avqust 2017 18:21

Dünyanın ən bahalı çantaları haqqında bilmədiyiniz 10 FAKT - FOTO

22 Avqust 2017 18:18

Prezident İlham Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

22 Avqust 2017 18:17

SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilir

22 Avqust 2017 18:17

Mayonezin saça bu faydasını bilmirsiniz...

22 Avqust 2017 18:16

Elşad Həmidova “Əməkdar həkim” fəxri adı verilib

22 Avqust 2017 18:12

Bəxtiyar Hacıyev Elmlər Akademiyasını biabır etdi - 6 SƏRT SUAL

22 Avqust 2017 18:09

Elmar Novruzova general-mayor rütbəsi verilib

22 Avqust 2017 18:07

Əti necə bişirək ki, dadlı və yumşaq olsun? - FAYDALI MƏSLƏHƏT

22 Avqust 2017 18:03

Təlafərin azad olunması əməliyyatı davam etdirilir

22 Avqust 2017 18:01

“Marca” “Qarabağ”dan üzr istədi

22 Avqust 2017 17:58

Səfirlik: İspaniyanın "Marca" qəzeti Dağlıq Qarabağla bağlı yanlışlığı aradan qaldırıb

22 Avqust 2017 17:52

Azərbaycanlı gənclər kinosevərlər üçün yeni mobil tətbiqetmə yaradıblar

22 Avqust 2017 17:52