Avtobusdan düşən qadın avtomobilin altında qaldı - AZƏRBAYCANDA

Avtobusdan düşən qadın avtomobilin altında qaldı - AZƏRBAYCANDA
19:14 27 Noyabr 2016
140 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə avtobusdan düşüb yolu keçmək istəyən 41 yaşlı qadını maşın vurub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 27-i  saat 11:30 radələrində rayonun Orta Zəyzid kəndi ərazisində baş verib.

 

Orta Zəyzid kənd sakini Araz Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi “VAZ 21099” markalı, 20-DJ-892 dövlət nömrə nişanlı minik avtomobili ilə sərnişin avtobusundan düşüb yolu keçmək istəyən piyada, Baş Zəyzid kənd sakini 1975-ci il təvəllüdlü Sürmayə  Məcid qızı Kərimovanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Kərimova Şəki  Mərkəzi  Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Şəki MRX-dan APA-ya bildirilib ki, ağır qapalı kəllə-beyin travması alan S. Kərimovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR