Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Israil prezidenti Azərbaycan FHN-nin əməkdaşlarına təşəkkür etdi

Israil prezidenti Azərbaycan FHN-nin əməkdaşlarına təşəkkür etdi

Date: 27 November 2016 23:49

Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib.

 

Qeyd edək ki, bu gün İsrail Dövlətinin prezidenti Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.






Tags:  Israil prezidenti Azərbaycan FHN-nin əməkdaşlarına təşəkkür etdi


RƏYLƏR


Top news