8-ci sinif şagirdi olan azərbaycanlı qız hamilə qaldı – Peterburq polisi axtarış elan etdi

8-ci sinif şagirdi olan azərbaycanlı qız hamilə qaldı – Peterburq polisi axtarış elan etdi
10:49 28 Noyabr 2016
1241 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Peterburq şəhər polisi Ramazan adlı azərbaycanlını axtarışa verib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Ramazan 8-ci sinif şagirdi olan azərbaycanlı qızın bir qədər sonra dünyaya gətirəcəyi övladının atasıdır. Söhbət ondan gedir ki, adı çəkilməyən 8-ci sinif şagirdi bu günlərdə Peterburqun Staropeterqofsk rayonunda yerləşən ailə məsləhətxanasına müraciət edib. Müayinə nəticəsində məlum olub ki, qız 7 aylıq hamilədir. O, Ramazan alı şəxslə tanış olduğunu və ondan hamilə qaldığını bildirib.

 

Polis qızın anasıyla görüşüb. Amma maraqlısı odur ki, anası polisə ərizə verməkdən imtina edib. Bununla belə, polis yetkinlik yaşına çatmamış şəxslə cinsi əlaqədə olduğuna görə, Ramazan barədə axtarış elan edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR