Şəbnəm Tapdıq nişanını qaytardı

Şəbnəm Tapdıq nişanını qaytardı
12:08 28 Noyabr 2016
314 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Şəbnəm Tapdığın keçmişi ilə bağlı faktlar üzə çıxıb. Müğənni iki dəfə nişan qaytarıb.

Bu barədə o, “ATV” telekanalının “Qonaq gəl bizə” verilişində deyib. O, qeyd edib ki, yanında yalnız səviyyəsinə uyğun olan şəxs otura bilər:

“Elçi gəldi. Dedim ki, tutduğum yolda özüm gedirəm. Üzüyünü çıxartdım, anamla atam dəydi bir-birinə. Sonra biri də oldu. Gəlirlər mənə 32 yaş verirlər. Mən öz müdrik düşüncələrimə görə özümə 32 yaş verə bilmirəm. İkinci dəfə dedilər, bu uşaq səninlə evlənmək istəyir. Gözüm kəlləmə çıxdı. Dedim ki, rus dilində bilirsən? Dedi yox. Soruşdum ki, yaşın neçədir? Dedi 32. Dedim, a bala, yeri get, iş-gücünlə məşğul ol. Mənim səviyyəmdə olmayan adamın yanımda işi yoxdur”.

Ş.Tapdıq özünü akademik insan hesab edir:

“Özümü öymürəm. Amma mən akademik insanam, hardan desən, ordan cavab verə bilərəm”. (aznews.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR