Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Analarının sualı onları milyonçu etdi -FOTO

Analarının sualı onları milyonçu etdi -FOTO

Date: 28 November 2016 14:48

1994-cü ildə Bert və Con Ceykobs qardaşları özlərinin dizayn etdikləri futbolkalar istehsal edən “Life is Good” (“Həyat gözəldir”) adlı şirkət təsis etdilər.

O zaman qardaşların furqondan başqa heç nəyi yox idi. İndi isə onların 100 milyon dəyərində şirkətləri var. Onların uğurunun səbəbi isə anaları idi. Anaları qardaşlara həyatlarında nə baş verməsindən asılı olmayaraq, həyata həmişə pozitiv baxmağı məsləhət görərdi.

Altı uşaqdan ən kiçikləri olan Bert və Conun uşaqlığı o qədər də yaxşı keçməyib. Məktəbdə oxuyarkən onların valideynləri avtomobil qəzasına düşür. Ana kiçik zədələr alır, atasının bəxti isə gətirməyir. Aldığı ağır zədələrdən sağ əli tamam fəaliyyətini dayandırır. Bu isə onun əhvalına çox təsir edirdi. O, qəzəbini və hirsini öz doğmalarından çıxırdı.

Buna baxmayaraq ana həyatın hələ də yaxşı olduğuna inanırdı. Hər gün övladlarına şam yeməyi zamanı eyni sualı verirdi: “Bu gün həyatınızda yaxşı nə baş verib?”

“Anamızın sualı çox sadə səslənsə də, otaqdakı bütün enerjini dəyişirdi. Biz nə baş verdiyini anlamasaq da, həyəcanla gün ərzində başımıza gələn ən yaxşı və xoş hadisələri danışırdıq. Bizim ailə həmişə optimist düşüncə tərzi ilə seçilib, ən çətin günlərimizdə belə”.

Bert və Con məhz bu qayda ilə həyatlarını davam edirdilər. Hətta Boston küçələrində futbolka satan zaman, hesablarında 78 dollar pul olmasına baxmayaraq onlar təslim olmurdular. Həyat onların üzünə futbolkaların üzərində gülən adam şəkilini və “Life is Good” yazısını qoyandan sonra güldü.

Sadə və pozitiv futbolkalar alıcıların diqqətini çəkdi və ilin sonuna kimi onlar satışdan 87 000 dollar əldə etdilər. Hazırda Ceykobs qardaşlarının şirkətinə məxsus futbolkalar dünyanın mindən artıq mağazasında satılır. 22 il əvvəl olduğu kimi, indi də futbolkaların üzərində “Life is Good” sloqanı yazılıb.

Mələk




Tags:  Analarının sualı onları milyonçu etdi -FOTO


RƏYLƏR


Top news