Azərbaycanın bu rayonu dünyada yeganə yerdi… - BİLMƏDİYİNİZ FAKTLAR FOTO - VİDEO

Azərbaycanın bu rayonu dünyada yeganə yerdi… - BİLMƏDİYİNİZ FAKTLAR FOTO - VİDEO
16:08 28 Noyabr 2016
149 Digər
Ölkə mətbuatı
A- A+

Qurudlu xəngəlindən yeyəsən, Maral bulağından su içəsən, Əsrik dərəsində nəfəs dərib, Məmməd İsmayılın şeirlərinidən söyləyəsən, Aşıq Zülfiyyənin Ruhanisini dinləyib, “bəh-bəh, dərdin aleem, a Tovuzum” deyəsən. Dəən sinənizə yatdı, a touzlular?

HaralıSAN layihəsində yolumuz sazlı-sözlü, aşıqlar yurdu Tovuzadır. Tofuz Hüseyn Bozalqanlı, Aşıq Vəli, Aşıq Ələkbər Ələsgərov, Mikayıl Azaflı, Aşıq Xanlar, Aydın Çobanoğlu kimi aşıqları, yüzlərlə tanınmış elm xadimləri, ziyalıları, gözəl təbiəti - dağı, meşəsi, çayları, buz bulaqları ilə məşhurdur. Elə təkcə Əsrik dərəsində 36 bulaq qaynayır. Fındıqlı bulağı, Maral bulağı, Şəlalə bulağı - hansını deyim, hansını vəsf edim?

Gözəllikdə tovuz quşuna doqquz qoyan Tovuzu nə qədər lətafətli sözlə tərif etsəm, yenə nəsə çatmayacaq. Məsləhətdi, tovuzlular özləri danışsın, biz də dinləyək.

Aldı görək Tovuzun məşhurları Publika.az-a nə dedi? Di eşidin…

Kasıb kəndli oğlunun rayon mərkəzindəki sevgisi…

Məmməd İsmayıl, şair:

“Qürbətdə olsam da, xəyalən doğulduğum Əsrik kəndinin qucağındayam. Dünyanın 50 dən çox ölkəsində oldum. Mübaliğəsiz deyə bilərəm ki, aranla dağın qolboyun olduğu mənim kəndimin təbiəti qədər gözəl ikinci bir yer tapmaq mümkün deyil. Hər kəsin qarğası özünə qırğı kimi gələr. Sevgim bəlkə buradan qaynaqlanır, bilmirəm. Təkcə onu deyə bilərəm ki, bu kəndin iki çıxış yolu var, bir dağ çayı, o biri dağ yolu. O dəli dağ çayının da adı Əsrikdir. Və bu çay neçə-neçə dağ kəndinin və aran kəndinin içindən keçib Kürə qovuşmağa tələsir, amma Əsrik adını keçdiyi neçə-neçə dağ, ya aran kəndindən yox, bizim kəndimizin adından alır.

Heç vaxt unutmadığım bir xatirəmi bölüşmək istəyirəm:

Sevginin nə olduğunu bilməyə-bilməyə doqquz yaşımda sevdim, həm də az qala özümdən 10-20 yaş böyük bir qadını. Bu sevgi deyildi, əlbəttə. Atamızdan, anamızdan bədənimizdə ilişib qalan sevginin üzə çıxmaq istəyən qalıqları idi bəlkə də... Sonra on doqquz yaşımın dəli sevgisi! O sevginin indi neçə-neçə dillər əzbəri şeirləri mahnıya, nəğməyə dönüb eldən-elə yayılmaqdadır. Bu ərş evinə qədər yaxıb-yandıran ilk sevgi idi görünür. Həm də kasıb kəndli oğlunun rayon mərkəzindəki sevgisi! "Onda nakam olan sevgimiz təki kənd ilə şəhərin fərqi çoxuydu..."

O rayonlu qızının bir dəfə dilinin qıfılı açılıb mənimlə kinoya gedəcəyinə söz vermişdi. Rəfiqəsi və kiçik qardaşı da yanında olacaqdı. Amma mən necə kinoya gedəcəkdim ki, cibimdə pul yerinə siçanlar oynaşırdı. Əlac kəndə, anama qalırdı. Pul lazım olduğunu deyəndə anam, sağ, sol qonşulara getsə də, əlləri boş dönəcəkdi. Əlac bazara qalırdı. Bazarın yolu isə 16 kilometr idi. Səhəri ayıldığımda anamı evdə, anac toyuğu isə tarda görmədim... Anam əlacı bazarda görmüşdü. Elə bir qar başlamışdı ki, tut ucundan göyə çıx. Gündüz saat 12-ə qədər ümidim vardı, anam toyuğu bir kino puluna sata və kəndə dönə bilsə, bəlkə də mən axşam saat 6 seansına yetişə bilərdim. Amma ümidim üzüləcək və bunların heç biri olmayacaqdı. Axşamın çat ayazında yoldan səs eşidəcəkdim, bu anamın şaxtadan donub buz bağlayan on dörd taxtalı tumanının səsi idi. Qoltuğundakı toyuq da bir kino puluna gedə bilmədiyinə görə başını qanadlarının altına soxmuşdu...Və... görüşünə gedə bilməyəcəyim ilk eşqim daşa dönəcəkdi:

O şirin ağrılar yatır dərində,
Ay ötür, il keçir dilə gəlirəm...
Sən hələ qalmısan görüş yerində,
Mən hələ gəlirəm, hələ gəlirəm...”

“Bir neçə ay o atı görmədim, xiffətindən saralıb-soldum”

Məhərrəm Qasımlı, Aşıqlar Birliyinin sədri, professor:

“Tovuz elə mənim özümə oxşayır. Bir şeirimdə də demişəm:

Mən sənin havanam, sazın kimiyəm,

Otunam, suyunam, yazın kimiyəm…

Məni necə tanıyırsınızsa, Tovuz da eynən mənim kimidir. Tovuzun insanları onun təbiətinə bənzəyir. Tovuzda xanımlıq, kişilik mərtəbəsi əvvəllər çox güclüydü. Köhnə kişilərdə əl birliyi, el birliyi vardı. Elə kişilər, elə xanımlar vardı Tovuzun obrazını varlığında əks etdirirdi. Təəssüf ki, indi çox şey dəyişib.

Tovuzla bağlı heç vaxt unutmadığım bir xatirəmi bölüşmək istəyirəm. Uşaq vaxtı atamın bir atı vardı, onu Göy at deyə çağırardıq. Mən bütün günü o atın yalından tutub kəndi dolanardım. Yəhəri də yoxuydu, eləcə yəhərsiz çapırdım. Atam fikirləşib ki, bu at Məhərrəmi oxumaqdan eləyəcək, qərara gəlib ki, atı satsın. Çox pis oldum. Amma atama olan böyük ehtiramım da imkan vermədi ki, ona deyim, satma. Bir gün atımıza alıcı gəldi. Kəndin o biri başından gələn kişi atı alıb apardı. Ayrılıq anında at ayaqlarını yerə çırpdı, getmək istəmədi. Məndən imdad istədi, amma əlimdən nə gələrdi ki? Bir neçə ay o atı görmədim, o qədər xiffətini edirdim ki, saralıb-solmuşdum. Bir gün biçənəkdə gəzirdim, uzaqdan Göy atı gördüm. Məni görən kimi şahə qalxdı. Bir-birimizə yaxınlaşıb qucaqlaşdıq və ağlaşdıq. Mən ona dedim ki, səni apara bilməyəcəm. Məndən küsdü və üzünü yana tutdu. O ayrılq əbədi oldu. Mən heç vaxt kəndin yuxarı başına getmədim ki, o atı görüm. Çünki ayrılığın əbədi olacağını bilirdim. Bu əhvalatı sizə danışıram, həmin hadisə gəlib durur gözümün qabağında. Elə bilirəm 13 yaşım var və hər şey indi baş verir. İçimdə illərdir ki, qalan bu niskili indiyə qədər heç kimə danışmamışdım. Danışdım, bir az yüngülləşdim”.

Təpənin üstündə meşələrə dirijorluq edən qızcızaz…

Əməkdar artist, müğənni-bəstəkar Tünzalə Ağayeva:

“Mənim musiqiçi Tünzalə olmağımda əlbəttə ki, doğulduğum bölgənin böyük rolu var. Tovuz hər mənada zəngin bir bölgədir. İstər təbiət, istərsə də mədəniyyəti ilə fərqlənib. Xüsusən aşıq mədəniyyəti və şeiriyyatını qeyd etmək istəyirəm. Ana bətnində ordan ilham alıb o genitika ilə doğulmuşam. Məni güclü edən, musiqilərimə zənginlik verən içdiym su, udduğum havadır. Uşaqlığım rayon mərkəzində keçib, amma hər yay, hər yaz Tovuzun meşələrində, kəndlərində, çay qırağında olardıq. Əsrik tərəfə gedəndə balaca təpələrin üstünə çıxıb özümü dirijor kimi hiss edərdim. Qarşımdakı ağaclar, meşələr isə sanki ansanbl rolunu oynayırdı. Mən bütün bu hissləri təklikdə yaşayırdım. Ümumiyyətlə, mənim anlamımda təbiətlə musiqi həmahəng olub. Hər ikisindən ilham almışam, hər ikisi mənə siqnallar ötürüb. Tovuz dünyaya göz açdığım torpaqdır. Fəxr edirəm ki, tovuzluların adını layiqincə doğrulda bilirəm, qohumlarımdan tutmuş, bütün tovuzlulara qədər, hər kəs mənimlə qürurlana bilirsə, xoşbəxtəm”.

“Burası Tovuzdu, atam balası!”

Ehtiram İlham, şair:

“Tovuz təkcə mənim dünyaya göz açdığım bir məkan deyil, o həm də ruhumun məskənidi, ən əziz insanlarımın, doğmalarımın uyuduğu torpaqdı, ilk dəfə eşq adlı ilahi hənirtinin içimə dolduğu yerdi, həm də şeir olub həmişəlik varlığımı sarıb da məni havalandıran tanrısal bir sonsuzluqdu. Əslində mənim üçün hər yer və hər şey elə ordan başlayıb. Yəqin ki, elə orda da başa çatacaq.

Təbii ki, hər kəsin içində bir torpaq sevgisi, yurd istəyi olur. Və həyatın bütün ağrı-acılarından, dünyanın və cəmiyyətin yaramazlıqlarından da insanı çıxaran, onu qoruyan , həm də ən əsası güc verən elə həmin sevgi, həmin istək deyilmi? Bu baxımdan mənim doğulduğum torpaq öz boynuna düşən “missiya”nı çox gözəl yerinə yetirir. Türk əxlaqına və mənəviyyatına, saza-sözə bağlılıq, torpağa sədaqət bizim yerlərin camaatının canında, qanındadı. Mən Tovuzdan uzun illər öncə çıxsam da laaap uşaqlığımdan, ağlım kəsəndən gördüyüm, içində yaşadığım mühitdən və aldığım tərbiyədən canıma, qanıma hopan hisslərə, yaşantılara borcluyam. Ki, hər yerdə mənə həyan olub, əlimdən tutub və məni adam arasına çıxarıb. Hər küçəsində, tinində ayaq izlərim qalan o torpaq, hər işıqlı adamıyla da doğmadı mənə. Mən o adamların hər birinin qarşısında baş əyirəm.

Ürəyim atdanır adı gələndə,

Başımda dolanır neçə yol gündə.

Necə mən sevirəm, elə sev sən də

Hər yerdən əzizdi, atam balası,

Burası Tovuzdu, atam balası!

“Kəndin oğlanları qorxusundan mənə yaxın düşə bilmirdi”

Aşıq Zülfiyyə:

“Tovuz gözəl təbiəti ilə məşhurdur. Sənətkarlar yetirən bir bölgədir. Tovuz aşıqları bu gün bütün Azərbaycanda məşhurdur.

Nənəmgil deyirdi ki, babam Aşıq Məhəmməd zəmanəsinin tanınmış aşıqlarından olub. Bu da irsən mənə keçib. Məni ilhamlandıran da Tovuzun gözəl təbiəti olub. Mən bölgəmizə tez-tez gedirəm, oranın təbiəti həmişə məni çağırıb. Tovuz deyəndə uşaqlığım yadıma düşür. Ən gözəl günlərimi xatırlayıram. Çox dəcəl uşaq idim, atam rəhmətlik məni oğlan kimi böyütmüşdü. Kəndin oğlanları qorxusundan mənə yaxın düşə bilmirdi. Yeniyetmə idim, amma traktor, motosikl sürürdüm. Tovuza gedəndə xatirələr məni silkələyir”.

“Dedi, bir də bu saza əl vursan...”

Aşıq Azər:

“Tovuz mənim ata yurdumdur. Tovuzun məşhur aşğığı olan Aşıq Xanların evində dünyaya göz açmışam. Atamla keçən günlərim həyatımın ən gözəl günləridir. Atam heç cürə mənim aşıq olmağımı istəmirdi. Buna görə qorxudan onun sazına əl vura bilmirdim. Bir xatirə danışım. 7-8 yaşım olardı, atam evdə yox idi. Onnu sazını köynəkdən çıxarıb başladım, dınqıldatmağa. Sonra yenidən yerinə qoydum. Atam evə gəldi, otağa keçib sazını götürdü. Hiss elədi ki, kimsə saza əl vurub. Anamı çağırdı, sorğu-sual etdi. Anam and-aman elədi ki, heç kim sənin sazına əl vurmayıb. Atam mənə yaxınlaşdı və dedi ki, düzünü deyim. Boynuma aldım. Məni o biri otağa çağırdı və dedi: Bir də bu saza əl vursan, məndən incimə, səninlə sərt danışacam, çünki mən sənin aşıq olmağını istəmirəm. O sərt sözlərdən sonra bir də saza yaxın getmədim. Əslində o bu sənətin nə qədər çətin, əziyyətli olduğunu bildiyi üçün mənim aşıq olmağımın əleyhinə idi. 1998-ci ildə atam dünyasını dəyişəndən sonra mən saz ifa etməyə başladım. Onda Ukraynaya əmilərimin yanına qazanc dalınca getmişdim. Atam yuxuma girdi və dedi ki, sazı kimə tapşırıb gəlmisən? Həmin gün geri qayıtdım və həmin vaxtdan sazla dostluğumuz başladı.

Tovuz camaatı vəfalı camaatdı, mərddir. Amma bir mənfi xüsusiyyətləri var, bir-birlərinə əl tutmağı xoşlamırlar”.

"Tovuzundan gələn hər şeyi ətrindən tanıyıram"

Bəxtiyar Əlirzayev, şair:

“Çalışacam Tovuzla bağlı ən yararlı məlumatları deyim. Çox güclü turizm potensialı var. Gürcüstana gələn əcnəbiləri ora rahatlıqla cəlb etmək olar. Sadəcə, Ermənistanla çox uzun sərhəddi olduğu üçün, təəssüf ki, bu sahəni inkişaf elətdirmək indi çətin məsələdi. Müharibə vaxtı kəndləri bir yana, rayon mərkəzinə ən çox raket düşən rayonlardan biridi. Gecə-gündüz dayanmadan gedən qızğın döyüşlərə baxmayaraq, erməniyə bir qarış da torpaq vermədi. Tovuz insanı atəşkəs rejimini hələ də daxilən qəbul etməyib, sinirməyib. Cəbhədə bir az vəziyyət gərginləşən kimi, qanları qaralmır, əksinə üzləri gülür ki, döyüşüb torpaqlarımızı qaytaracağıq. Kişilərinin əksəri torpaqların müharibəylə qaytarılmasının tərəfdarıdı.

Statistikaya baxsanız, görərsiniz ki, hərbi məktəblərə ən çox gənc göndərən 3-4 rayondan biridi.

Çox zəngin torpağı var. Rahatlıqla ildə 3 dəfə əkin-biçin eləmək olur. Çəltikdən tutmuş, banana qədər nə desən, əmələ gəlir orda.

İndi hərdən kənddən sovqat yollayırlar. Bağlamaların ağzını açmadan ətrafa saçılan ətirdən hansının içində nə olduğunu bilirəm. Bu GMO məhsulların tuğyan elədiyi bir vaxtda öz ətrini qoruya bilir Tovuz.

Birinci Dünya Müharibəsi ərəfəsində Tovuza da alman ailələr köçürülüb. Buna görə də memarlıq üslubunda fərqliliklərə tez-tez rast gəlinir. Dünyada yeganə bölgədir ki, təbii 6 rəngdə sement yataqları var. Tovuzun ərazisində bu yaxınlarda fransız arxeloqlarla birgə aparılan araşdırmalarda bölgənin ən qədim yaşayış məskənlərindən biri aşkarlandı. İndi bütün dünyadan araşdırmaçılar həmin qədim mədəniyyətlə tanış olmağa gəlirlər.

Əhalisinin böyük kəsimi millətçidir. Təhsilə, savada xüsusi önəm verirlər. Əməksevərdilər. Gecə-gündüz işləyirlər. Pul qazanmağın yolunu tapa bilirlər. Nökər kimi işləyib, xan kimi yeyib-içirlər. Qətiyyən yerlibaz deyillər. Oğurluq və narkomaniya yox səviyyəsindədir. Hə, bir də bunu qeyd edim: Tovuzda islam dini bütün dünyadakı islam anlayışından fərqlənir. Ən çətin məqamda Allaha da, günəşə də, dağa da, suya da, yola da and içirlər.

Xatirəyə qalanda isə… Çoxdu təbii, amma danışmayacam. Bircə şey deyim, “Tovuz” deyiləndə qulağıma qurqur səsi, burnuma təpəkişnişi ətri gəlir… bir də yovşan…”

… Şirin ləhcə, dadlı mətbəx, ruhu oxşayan saz, bir də təbiətini özündə əks etdirən mərdanə insanlar. Tovuza yolum düşməsə də, Tovuzdan olan insanları az-çox tanyıram. Tələbə və iş yoldaşlarım olub. Professor Məhərrəm Qasımlının sözünə qüvvət, Tovuzun insanları da təbiətinə bənzəyir; mərddir, sözlərinin ağasıdır, yaxşı dostdurlar. Amma vay o gündən ki, ayağını tapdalayasan, hə, bax onda tovuzlunun üzün görmə. Səni birdəfəlik dəftərindən siləcək.

Cəvahir Səlimqızı

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Monteneqro parlamenti NATO-ya üzvlüyə dair sazişi təsdiq edib

29 Aprel 2017 03:57

Bağdadda partlayış baş verib:

29 Aprel 2017 03:47

Qara şiferli ailə evi - FOTO

29 Aprel 2017 03:32

Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29 Aprel 2017 03:27

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23

FIFA prezidentinə qarşı araşdırma başladı

29 Aprel 2017 03:14

Cəmilənin göbəyiaçıq libası: "Əsəbiləşib belə geyindim" - FOTO

29 Aprel 2017 03:05

İranda Messinin oxşarı - FOTOLAR

29 Aprel 2017 02:44

PPX avtomobili qəzaya uğradı - 1 nəfər yaralandı

29 Aprel 2017 02:38

"Calzedonia"nın yeni kolleksiyası - FOTO

29 Aprel 2017 02:32

"Liverpul" müqavilə yenilədi -

29 Aprel 2017 02:25

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:30

Əməkdar artist xəstəxanaya yerləşdirildi

29 Aprel 2017 01:19

Bakıda məhbus özünü asdı

29 Aprel 2017 01:14

Filippində güclü zəlzələ baş verib

29 Aprel 2017 01:13

Bağdadın mərkəzində partlayış - 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:09

Bağdadda güclü partlayış: 6 ölü, 7 yaralı

29 Aprel 2017 01:08

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:07

Filippində 7,2 bal gücündə zəlzələ

29 Aprel 2017 01:04

Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

29 Aprel 2017 00:52

Xəzərdə zəlzələ oldu

29 Aprel 2017 00:49

"Azərsun" Bakı 2017-nin rəsmi dəstəkçisi oldu -

29 Aprel 2017 00:49

Çimərlikdə hər kəs bu rus gözələ baxdı - FOTO

29 Aprel 2017 00:47

Bu yay alt paltarları altda qalmayacaq - FOTOLAR

29 Aprel 2017 00:38

Bağdadda güclü partlayış baş verib

29 Aprel 2017 00:32

Goranboyda kafedə dava düşdü - yaralanan var

29 Aprel 2017 00:29

"Türkiyə ilə danışıqlar dayanmayıb" -

29 Aprel 2017 00:28

Dünyanın ən maraqlı və həyəcanlı dəmir yolları - VİDEO

29 Aprel 2017 00:23

Astroloji proqnoz - 29 aprel

29 Aprel 2017 00:08

"Qalatasaray" Brumanı saxlaya bilmir

29 Aprel 2017 00:05

Günün qoroskopu: işlərinizdə uğur vəd edən gündür

29 Aprel 2017 00:05

Raytorala görə 27 nömrəli formadan imtina etdi - FOTO

28 Aprel 2017 23:57

Bakı həbsxanasında dustaq özünü asaraq intihar edib

28 Aprel 2017 23:57

Elmar Məmmədyarovdan erməni nazirlə görüşü ilə bağlı

28 Aprel 2017 23:56

Limon dənələrini atmayın, əkin - FOTO İZAH

28 Aprel 2017 23:52

Mineral suların faydası

28 Aprel 2017 23:47

"Liverpul" futbolçu ilə müqavilə yenilədi

28 Aprel 2017 23:47

Qohumlararası evliliklər gen xəstəliklərinin artmasına səbəb olur

28 Aprel 2017 23:42

Təzyiqi normallaşdırır, saç tökülmənin qarşısını alır...

28 Aprel 2017 23:42

Lö Pen Zidanın cavabını verdi:

28 Aprel 2017 23:40

49 yaşlı kişini ilan vurdu - Şəmkirdə

28 Aprel 2017 23:39

Kişilərin ən çox arzuladığı qadın çimərlikdə - FOTOLAR

28 Aprel 2017 23:38

"Bavariya" futbolçunun müqaviləsini yenilədi

28 Aprel 2017 23:37