Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 6681 nəfərə birdəfəlik müavinət verilib

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 6681 nəfərə birdəfəlik müavinət verilib
19:22 28 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 6681 nəfəri birdəfəlik sosial müavinətlə təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata örə, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması da diqqətdə saxlanılıb. Bu məqsədlə cari ildə Bakının Xətai və Qaradağ rayonlarındakı cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına aid olduğundan məşğulluq orqanları tərəfindən həmin şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri davam etdirilir. Mərkəz bu təbəqədən olan insanların hüquqlarının müdafiəsi, onların sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması və s. istiqamətdə zəruri tədbirləri həyata keçirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/penitensiar-muessiselerde-ceza-cekmekden-azad-edilen-6681-nefere-birdefelik-muavinet-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR